Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin bu gün keçirilən geniş iclasında Mədəniyyət və Turizm Nazirliyinin və digər dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə “Turizm haqqında” qanun layihəsinə baxılıb.
Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli baxılan sənədin aktuallığını qeyd edib.
“1999-cu ildə Azərbaycanda qəbul edilmiş “Turizm haqqında” qanun deklarativ xarakter daşıyır və zamanın tələblərinə cavab vermir. Bununla əlaqədar olaraq yeni qanunun hazırlanmasına kəskin zərurət yaranıb”, - deyə H.Rəcəbli qeyd edib.
Onun sözlərinə görə, qanun layihəsinin işlənib hazırlanması məqsədi ilə yaradılmış işçi qrup böyük işlər görüb.
“Mədəniyyət və Turizm Nazirliyi yaxşı qanunverici sənəd hazırlayıb”, - deyə komitə sədri əlavə edib.
O, son illər respublikada turizm sahəsinin uğurla inklişaf etdiyini bildirib.
“Əgər 2001-ci ildə Azərbaycanda təxminən 80 mehmanxana fəaliyyət göstərirdisə, bu gün onların sayı 400-dən çoxdur. Ölkəmizdə turizm sahəsinin yaxşı potensialı var”,- deyə H.Rəcəbli qeyd edib.
Qanun layihəsinin ilkin müzakirəsində iştirak edən parlament nümayəndələri, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları qeyd ediblər ki, “Turizm haqqında” yeni qanun layihəsi turizm potensialının artırılmasına və ölkədə biznes imkanlarının daha səmərəli istifadə edilməsinə yönəlib.
Hazırda “Turizm haqqında” qanun layihəsi 87 maddədən ibarətdir.
İclasda Türkiyənin turizm sahəsinin inkişaf etdirilməsi sahəsindəki uğurlu təcrübəsi qeyd edilib, eləcə də mehmanxana xidmətlərinin, nəqliyyat daşımalarının qiymətlərinin azaldılmasının vacibliyi, bunun Azərbaycana xarici turistlərin cəlb edilməsinə kömək edəcəyi diqqətə çatdırılıb.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət