2017-ci ilin sonuna kimi Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün qanunvericilik bazası hazırlanacaq. Bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyinin direktoru Zaur Əliyev deyib.
“Qanunvericiliyə müvafiq dəyişikliklər artıq hazırlanıb. Onlar Prezident Administrasiyasına təqdim olunub. Düşünürəm ki, cari ilin sonuna kimi bu dəyişikliklər qəbul ediləcək”, - deyə Z.Əliyev “Caspian European Club” və “Caspian American Club”un biznes forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, bundan sonra icbari tibbi sığorta haqqı, həmçinin dövlət tərəfindən ödəniləcək hissə barədə açıqlama veriləcək.
Z.Əliyev qeyd edib ki, fevral ayından etibarən Yevlax rayonu və Mingəçevir şəhərində icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihələr reallaşdırılır. “4 ayın nəticələri müsbətdir. Biz yerli əhalinin tibbi xidmətlərdən razı olduğunu şahidi oluruq, bu da xidmətlərdən istifadənin genişlənməsi ilə bağlıdır”, - deyə o vurğulayıb.
Z.Əliyev bildirib ki, pilot layihənin tətbiq olunduğu rayonlarda xəstəxanalarda çarpayıların dolması 45%-dən 80%-dək, poliklinikaya müracitələrin və əməliyyatların sayı artıb. “Tibb müəssisələri arasında rəqabət artıb. Maliyyə sistemi dəyişdiyinə görə, onlar pasiyentlərin sayının artımında maraqlıdır. Bundan başqa, bəzi tibb müəssisələrinin əməkdaşlarının maaşı artıb, bəzi hallarda hətta 3 dəfə. O cümlədən, bonuslar da müəyyənləşdirilib", - deyə Z.Əliyev vurğulayıb.
O qeyd edib ki, icbari tibbi sığortanın bütün ölkəni əhatə etməsi mərhələli şəkildə həyata keçiriləcək. “Biz qısa zamanda bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə yönəlmişik”, - deyə Z.Əliyev əlavə edib. **
A.Axundov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət