Tarix tədqiqatçısı, Qarabağ ermənisi, “Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ının rəhbəri Artur Ağacanov politoloq Fuad Axundovun bu yaxınlarda nəşr olunan “İosif Orbelinin kitabının yoxa çıxması səbəbləri haqqında” (“О причинах исчезновения книги Иосифа Орбели”)kitabına həsr olunan video müraciət yayıb.
A.Ağacanov F.Axundovun işi ilə qeyd olunan kitabın dərc olunduğu http://karabakhchurch.com/ saytı vasitəsilə tanış olub. Kitabda İ.Orbelinin “Qandzasar və havotsptuk yazıları” adlı əsərini elmi nöqteyi-nəzərindən məhv olunması izah edilir və Qarabağda Alban kilsəsinin irsinin ermənilər tərəfindən saxtalaşdırılması ifşa olunur.
Ağacanov video müraciətində Ermənistan tərəfinin Qarabağda alban mənəvi və memarlıq irsini, xüsusilə əsrlər boyu Alban kilsəsinin patriarxatı olan Qandzasar kilsəsini saxtalaşdıraraq mənimsənilməsinə aydınlıq gətirən Axundovun işini yüksək qiymətləndirir.
Ağacanovun rəyinə görə, məhz Ermənistan tərəfinin təzyiqi altında İ.Orbeli 1919-cu ildə Petroqradda nəşr olunan “Qandzasar və havotsptuk yazıları” adlı əsərini məhv edib.Məsələ ondan ibarətdir ki, İ.Orbelinin Qarabağda, alban kilsələrində və qəbirsanlıqlarda topladığı epiqrafik yazılar bu irsin Alban kilsəsi və xalqına mənsubiyyətini təsdiq edirdi. Həmçinin, epiqrafik yazılarda qeyd olunur ki, qədim dövrlərdən bəri burada xristian dinini qəbul edən türklər yaşayıblar və hökmranlıq ediblər. Tarixçinin rəyinə görə, Qarabağ ermənilərinin tarixi kökləri əsaslı şəkildə gizlədilir, bu mövzuya maraq göstərənlər obstruksiya və təqibə məruz qalırlar. Yeni misal olaraq, A.Ağacanov tanınmış kinorejissor, “Mosfilm”in direktoru Karen Şahnazarovunmüsahibələrinin birində əcdadlarının türk mənşəli və Qarabağ əsilli olmaları barədə bəyan etməsi səbəbindən KİV tərəfindən və sosial şəbəkələrdə hücumlara məruz qaldığını bildirib.
Ağacanov Qarabağ ermənilərinin türk mənşəli köklərini araşdırdığına görə hansı hücumlara məruz qaldığını xatırladıb. Bunun fonunda, 2017-ci ildə Azərbaycanda necə mehribanlıqla qarşılanması onu heyrətləndirib. Həmin dövrdə o nəinki Bakıda, həm də cəbhəyanı rayonlarda olub. Ağacanov burada sadə qarabağlılar, azərbaycanlılarla görüşə bilib – Qarabağ ermənilərinin türk mənşəli köklərinin tədqiqatı üzrə əlavə materiallar və Alban kilsəsinin tarixinə dair qiymətli faktkar aşkar edib. Ağacanov tam sübutlarla qeyd edir ki, ermənilər arasında çox sayda türk soyadlarının olması onların keçmişi və tarixi barədə xatırladır. Qədim Alban kilsəsi və dövlətçilik irsində xristian türklərinin rolu və töhfəsi barədə xatırladır. **
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət