Dekabrın 6-da Bakıda “Caspian European Club”un Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ( DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin iştirakı ilə təşkil olunmuş B2G forumu zamanı Azərbaycanda gömrük qurumları ilə biznes arasında dialoqun genişləndirilməsilə bağlı məsələlər müzakirə olunub.
Biznes-forumda çıxış edən Səfər Mehdiyev Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi islahatlar, ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, şəffaflığın, vətəndaş məmnuniyyətinin təmin olunması və kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində müəyyənləşdiridiyi hədəflərdən danışıb.
Komitə sədri qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, tətbiq edilən yeniliklərdən bəhs edib və forum iştirakçılarını gələcək hədəflər barədə məlumatlandırıb.
B2G forumunda çıxış edən “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin il ərzində birgə komissiyalar çərçivəsində və bugünkü B2G forumunda Klub üzvləri tərəfindən səsləndirilmiş təklif və xahişlərə göstərilən diqqətə görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə minnətdarlığını bildirib.
Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Qazaxıstanda hər ay keçirilən “Caspian European Club”un B2G forumları dövlət və özəl sektor arasında dialoqun qurulması üçün aparıcı vasitə olmaqla yanaşı, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu şirkətlərinin top-menecerləri və nümayəndələri ilə beynəlxalq biznes-netvorkinqə əlavə imkanlar yaradır.
Biznes-forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə “Caspian European Club”un fəxri üzvlük sertifikatı təqdim olunub. “Caspian European Club”a yeni üzv olan şirkətlərə sertifikatlar verilib.
Biznes-forumun işində dövlət və özəl şirkətlərin rəhbərləri, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club”un mənzil-qərargahı Bakıda
(Azərbaycan) yerləşir. “Caspian European Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin ABŞ, Almaniya, Latviya, Polşa və Çexiyada səlahiyyətli nümayəndələri var.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət