Avropanın bir sıra ölkələrinin (İtaliya, Almaniya, Fransa, Polşa, Bolqarıstan, Çexiya, Yunanıstan) parlamentlərinin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ekspertləri fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı hesabat yayıblar.
Yayılan hesabatda italiyalı deputatlar Osvaldo Napolinin, Ettore Liçerinin və ekspert Angela Krovettinin, almaniyalı deputatlar Ulriç Singerin, Uli Henkelin, fransalı deputat Jan-Luc Reitzerin, ekspert Qregori Jullienin, bolqarıstanlı deputatlar Rumen Geçevin, Manol Genovun, Anton Kutevin, polşalı deputat Katarzina Ueberhanın və ekspert Janusz Niedzvieçkinin, çexiyalı deputatlar Vera Prohazkovanın, Yaroslav Doubravanın, ekspert Rania Younisovanın, yunanıstanlı deputatlar Lazaros Tsavdaridisin, Katerina Monogiounun və Stella Biziounun rəyləri yer alıb.
Qeyd olunan parlamentarilər və ekspertlər fevralın 7-dən 10-dək Azərbaycanda olub, seçkiqabağı vəziyyətlə tanış olub, səsvermənin gedişini izləyiblər.
Hesabatda qeyd edilir ki, müşahidə missiyasının fəaliyyəti müvafiq beynəlxalq qaydalara və Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsaslanıb. Seçkilərin monitorinqi zamanı müşahidə missiyası Azərbaycanda yerli və beynəlxalq monitorinq qrupları ilə mütəmadi əlaqə saxlayıb, şəffaflıq və aşkarlıq prinsiplərinə riayət edib.
Avropalı deputatlar və ekspertlər seçkiqabağı vəziyyətlə əlaqədar bildiriblər ki, seçicilər, müşahidəçilər, polislər üçün məlumat kitabçaları və digər materiallar hazırlanıb, seçkiqabağı müddətdə kütləvi informasiya vasitələrində təbliğat-təşviqat layihələri həyata keçirilib. Həmçinin namizədlərə televiziya və radio kanallarında, qəzetlərdə ödənişli əsaslarla təşviqat aparmaq üçün imkan yaradılıb. Seçkilərlə bağlı kütləvi tədbirlərin və seçkiqabağı təşviqat kampaniyasının həyata keçirilməsi məqsədilə açıq və qapalı yer ayrılıb. Seçicilər, müşahidəçilər və seçkilərlə maraqlanan digər şəxslər seçki ilə bağlı rəsmi məlumatları MSK-nın internet səhifələrindən əldə edə biliblər.
Hesabatda 1 min seçki məntəqəsində veb-kameraların quraşdırıldığı, hər bir seçicinin gizli səsvermə üçün xüsusi texniki vasitələrlə təchiz edilmiş kabinədə şəxsən səs verdiyi bildirilir.
Vurğulanır ki, məntəqə seçki komissiyalarının üzvləri və müşahidəçilər heç bir maneə və təzyiq olmadan fəaliyyət göstərirdilər. “Məntəqələr seçicilərin rahat səs vermələri üçün bütün lazımi avadanlıq və materiallarla təchiz edilmişdi. Fərqli seçki məntəqələrində müşahidələr zamanı seçiciyə öz iradəsini ifadə etmək üçün təsir göstərmək cəhdləri və ya gizli səsvermənin pozulması kimi hallar müşahidə etmədik. Səsvermənin nəticələrini saxtalaşdırmaq və təhrif etməklə bağlı heç bir problem və ya cəhd qeydə almadıq”, - hesabatda deyilir.
Müşahidəçilərin rəyinə görə, seçki zamanı maraqlı bir yeniliyi də qeyd etmək olar ki, bu da seçicinin barmaqlarının ultrabənövşəyi lampalarla yoxlanılması, xüsusi mürəkkəblə işarələnməsi idi.
Səhhəti ilə bağlı məntəqəyə gələ bilməyənlər üçün də lazımi imkanlar yaradılmışdı. Bu məqsədlə seçki məntəqələri səyyar qutularla təmin edilmişdi.
Hesabatda, həmçinin müşahidə missiyasının bəzi çatışmazlıqlar da qeydə aldığı, lakin bu çatışmazlıqların səsvermə prosesinin normal şəraitdə keçməsinə və seçicilərin öz iradələrini sərbəst ifadə etmələrinə təsir göstərmədiyi bildirilir. Qeyd edilir ki, missiyanın üzvləri seçki məntəqələrinin bağlanması, səslərin sayılması və nəticələrlə bağlı protokolların doldurulması prosesini də izləyiblər.
Avropalı deputatların və ekspertlərin Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı yekun rəyi odur ki, bütövlükdə, seçkilər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və dünyada qəbul edilmiş demokratik seçki normalarına uyğun keçirilib. “Seçkilər şəffaf keçib və seçicilərin öz iradələrini ifadə etməsi təmin olunub”, - sənəddə vurğulanır.
O cümlədən, hesabatda müşahidə missiyasının üzvlərinin bir sıra tövsiyə xarakterli fikirləri də yer alıb. **
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət