Azərbaycanda tədrisin rus dilində aparıldığı məktəblərin sayı digər MDB ölkələrinin göstəricilərindən xeyli çoxdur. Bu sözləri Dövlət Dumasının deputatı Boris Çernışov deyib.
"Bir vaxtlar Sovet İttifaqının tərkibinə daxil olan, həm iqtisadi dəstək tədbirləri, həm də istehsal, sənayeyə dəstək nöqteyi nəzərindən kömək etdiyimiz, kredit verdiyimiz qonşu respublikalarda nə baş verdiyi barədə də danışmaq istərdim. Ancaq bu ölkələrdə rus dilinin inkişafı və yayılması heç də həmişə lazımi səviyyədə olmur. Azərbaycanda isə əksinə, digər ölkələrlə (postsovet məkanında – İF) müqayisədə çox sayda rusdilli məktəb var. Digər ölkələrdə isə bu məktəblər bağlanır”, - deyə Çernışov Dövlət Dumasının iclasında bildirib.
Deputat qeyd edib ki, keçmiş Sovet İttifaqının bir çox ölkələrində rus mədəniyyəti və rus dilinin təsiri azalmaqdadır.
"Abidələrin açılması yaxşıdır, ancaq kitab mağazalarına gələndə görürük ki, ingilis dilində olan ədəbiyyatın sayı rus dilində olan kitabların sayını əvəz edir. Bu, daim üzləşdiyimiz və bu mövqeyi əks etdirdiyimiz böyük problemdir", - deyə o əlavə edib.
Ekspertlərin fikrincə, Çernışov Rusiyanın rus dilində məktəblərin demək olar ki, olmadığı bəzi MDB ölkələrinə göstərdiyi dəstək, o cümlədən maliyyə dəstəyindən danışarkən, Ermənistanı nəzərdə tuturdu.*
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət