Ölkədə yayılmış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olaraq "Nar", abunəçilərinin evdən çıxmadan zəruri xidmətləri ala bilməsi üçün “Səyyar Nar” layihəsinə start verib. Bu xidmət sayəsində Bakı - Abşeron və Sumqayıt ərazilərində yaşayan abunəçilər evlərini tərk etmədən lazımı əməliyyatları birbaşa ünvanlarında əldə edə biləcəklər.
Abunəçilər "Nar" xidmət mərkəzlərində göstərilən bütün xidmətlər üçün, eləcə də duplikat və nömrə bərpası əməliyyatları üçün “Səyyar Nar”a müraciət edə bilərlər. Müraciətlər 24/7 gücləndirilmiş iş rejimində çalışan 777 ‘Çağrı mərkəzi’ və mobil operatorun rəsmi sosial media səhifələri üzərindən qəbul edilir. Müraciət zamanı xidmətin göstəriləcəyi dəqiq ünvan, əlaqə nömrəsi və lazım olan xidmət növü qeyd edilməlidir.
Xatırladaq ki, abunəçilər tarif dəyişmə, balans artımı, internet paketlərinin aktivləşdirilməsi, izahlı qaimə və bir çox digər mühüm sorğularını "Nar+" tətbiqi vasitəsilə yerinə yetirə bilərlər.
"Nar" hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl edərək zərurət olmadığı təqdirdə evdən çıxmamağa və koronavirusla mübarizə üçün imkanları səfərbər etməyə çağırır.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət