S&P “PAŞA Bank” və “Kapital Bank”ın reytinqlərini təsdiq edib.
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi "PAŞA Bank" («В+/В») və "Kapital Bank"ın («ВВ-/В») kredit reytinqlərini təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
Bununla yanaşı, “Kapital Bank”ın reytinqləri üzrə proqnoz "müsbət"dən "sabit"ə dəyişdirilib, “PAŞA Bank”ın reytinqləri üzrə proqnoz "sabit" olaraq təsdiqlənib.
Bundan başqa, S&P “Muğanbank” ASC-nin «В-/В» səviyyəsində kredit reytinqlərini “CreditWatch” siyahısına daxil edib.
“Kapital Bank”ın reytinqləri üzrə proqnoza yenidən baxılması Azərbaycanın iqtisadi artım templərinin kəskin şəkildə aşağı düşməsi və pandemiyanın 2020-ci ildə yeni biznes istiqamətlərinin inkişafına, həmçinin bankın aktivlərinin gəlirlilik və keyfiyyət göstəricilərinə ləngidici təsir göstərəcəyi ilə bağlı agentliyin rəyini əks etdirir. "Buna baxmayaraq, hesab edirik ki, bank yetərli kapital və likvidlik ehtiyatları (2020-ci ilin aprel ayının ortalarına olan məlumata görə) sayəsində cari böhrana daha effektiv müqavimət göstərə biləcək", - deyə agentlik vurğulayır.
“Kapital Bank”ın reytinqləri Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının reytinqinin baza səviyyəsindən əvvəlki kimi bir pillə yuxarıdır ("B+").
"Biz 2020-2021-ci illərdə bankın problemli kreditlərinin həcminin 2019-cu ilin sonuna olan məlumatlara əsasən məcmu kreditlərin 5%-nə nisbətən artacağını gözləyirik, lakin bu, müqayisə edilən təşkilatların göstəriciləri ilə nisbətdə yaxşı göstəricidir. Biz 2020-2021-ci illərdə bankın kredit portfelinin aşağı artım tempinin kapitallaşma göstəricilərinə təzyiqin azalmasına imkan verəcəyini proqnozlaşdırırıq”, - deyə agentlik qeyd edir.
S&P-də hesab edirlər ki, “Kapital Bank” Azərbaycanın üçüncü ən iri bankı mövqeyini və ölkənin bank sektorunda pərakəndə kredit və depozit seqmentində əhəmiyyətli bazar payını saxlayacaq.
Bankın reytinqləri üzrə "stabil" proqnozu yaxın 12 ayda kapitallaşmanın adekvatlıq göstəriciləri, depozit bazasının sabitliyi və kifayət qədər likvidlik ehtiyatlarının banka makroiqtisadi göstəricilərin pisləşməsi və COVID-19 pandemiyası ilə əlaqədar potensial stress amillərinə qarşı durmağa imkan verəcəyi ilə bağlı S&P-nin gözləntilərini əks etdirir.
"PAŞA Bank" ASC-nin kredit reytinqlərinin təsdiqlənməsi və "Sabit" proqnozun saxlanılması bankın mənfəət toplamaq bacarığı sayəsində mürəkkəb iqtisadi şərtlər fonunda problemli kreditlərin həcminin mümkün artımı halında kreditlər üzrə itkilərin təsirinin yumşalması mümkünlüyü ilə bağlı agentliyin rəyini əks etdirir. “Sabit” proqnoz, həmçinin “PAŞA Bank”ın bütövlükdə kredit bazarında, o cümlədən korporativ kredit seqmentindəki böyük payı sayəsində bankın biznes və gəlir həcminin qarşıdakı 12 ay ərzində əvvəlki kimi saxlanacağına dair gözləntiləri əks etdirir. Bankın böyük likvidlik ehtiyatı və müştəri depozitlərinin sabit bazası da kredit profilinə müsbət təsir edəcək.
COVID-19 pandemiyası və neftin ucuzlaşması səbəbindən Azərbaycan iqtisadiyyatında gözlənilən resessiya ilə əlaqədar 2020-ci ildə “PAŞA Bank”ın aktivlərinin keyfiyyəti böyük ehtimalla pisləşəcək, kredit itkiləri isə artacaq. Cari ildə problemli kreditlərin (o cümlədən restrukturlaşdırılan kreditlərin) həcmi 2019-cu ilin sonundakı 7,4%-ə qarşı bu il 12-13% təşkil edəcək, risk dəyəri isə kredit portfelinin 3,2%-dək artacaq. Lakin 2021-ci ildən iqtisadiyyatın bərpası fonunda “PAŞA Bank”da problemli aktivlərin həcmi tədricən 10%-in altına enəcək. S&P baza ssenarisi çərçivəsində 2021-ci ilin sonunadək bankın RAC əmsalının 3%-dən artıq səviyyədə qalacağını gözləyirr.
S&P-də hesab edirlər ki, “PAŞA Bank”ın kredit profili böyük likvidlik ehtiyatları və əmanətçilərin sabit bazası ilə saxlanılacaq. 2019-cu ilin sonuna olan vəziyyətə görə, bankın likvid aktivləri (pul vəsaitləri, banklararası depozitlər və qiymətli kağızlara likvid investisiyalar daxil olmaqla) müştəri depozitlərinin 54%-dən çoxunu təmin edib.
"PAŞA Bank" ASC-nin reytinqləri üzrə "Stabil" proqnozu bankın Azərbaycanda korporativ kreditləşmə seqmentində əhəmiyyətli bazar payının, böyük likvidlik ehtiyatlarının və müştəri depozitlərinin sabit bazasının yaxın 12 ay ərzində bankın kredit profilinə müsbət təsir göstərəcəyi ilə bağlı gözləntiləri əks etdirir.
Agentlik “PAŞA Bank”ın kapital göstəricilərinin daha da sabitləşəcəyi və müştəri bazasının şaxələnəcəyi təqdirdə bankın reytinqini artıra bilər. Bu halda RAC əmsalının 7%-dən yuxarı səviyyədə qalacağı proqnozlaşdırılır.
"Muğanbank" ASC-nin reytinqlərinin mənfi gözləntili reytinq siyahısına salınması bankın likvidlik əmsalı ilə bağlı tənzimləyici tələblərini poza biləcəyi və ən pis halda müştəri depozitlərinin çıxarılmasının davam edəcəyi təqdirdə öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirə bilməyəcəyi riskinin artması ilə şərtlənib.
"2020-ci ilin birinci rübündə korporativ depozitlərin çıxarılması “Muğanbank”ın depozitlərinin ümumi həcminin 2019-cu ilin sonuna olan göstəricilərlə müqayisədə 19% azalmasına səbəb olub. Bunun nəticəsi olaraq, bankın qısamüddətli likvidlik əmsalı 2019-cu ilin sonuna olan 65%-dən 2020-ci il martın 31-nə 40%-dək azalıb", - deyə agentlik qeyd edir.
“Muğanbank”da depozitlərin çıxarılmasının davam edəcəyi və nəticədə likvidlik göstəricilərinin daha da pisləşəcəyi halda bank səhmdardan və ya Mərkəzi Bankdan (son instansiya kreditoru kimi) vaxtında və kifayət qədər dəstək almasa, S&P bankın reytinqlərini aşağı sala bilər. "Biz “Muğanbank”ın fondlaşdırma və likvidlik göstəricilərinin dəyişməsini, həmçinin onların tənzimləyici tələblərə riayət etməsini izləməkdə davam edəcəyik. Biz yaxın üç ay ərzində “Muğanbank”ın reytinqlərini “CreditWatch” siyahısından çıxarmağı planlaşdırırıq. Bu, depozit bazasının dəyişkənliyinin azalması və kifayət qədər likvidlik ehtiyatının yaranması nəticəsində mümkün ola bilər", - deyə agentlik qeyd edir.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%). Bankın nizamnamə kapitalı 185,85 milyon manata bərabərdir və hər birinin nominal dəyəri 12,39 manat olan 15 milyon ədəd səhmə bölünüb.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın ikinci iri bankıdır. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir. Bankın səhmdarları 4 fiziki şəxsdir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət