Azərbaycanda koronavirusdan müalicə olunan bir xəstəyə gündəlik xərclənən vəsait 80-150 manat təşkil edir (cari məzənnə ilə $47,1 - $88,2). Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib.
“Yüngül formada COVİD-19-a yoluxan bir xəstənin xərci 80 manat, ağır formada – 150 manat təşkil edir. Bu, mart ayının xərclərinin göstəriciləridir, aprel ayı üzrə rəqəmlər hələ hesablanır”, - Əliyev çərşənbə günü Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında bildirib.
O məlumat verib ki, bu xərclərin məbləğinə xəstlərin yeməyi, dərmanlar və maska, həmçinin həkimlərə verilən əməkhaqqı, əlavələr və onların istifadə etdiyi xüsusi qoruyucu vasitələrə xərclər daxildir.
O cümlədən, Əliyev məlumat verib ki, iyunun ortlarına qədər Azərbaycanda koronavirus xəstələtrinin müalicəsi üçün (altı - İF) modul tipli xəstəxanaların tikintisi başa çatacaq
Onun sözlərinə görə, martda Azərbaycanda COVİD-19 xəstələrinin müalicəsinə 9,483 min tibb işçisi və 1,043 min qeyri-tibb işçisi cəlb olunub.
Əliyev məlumat verib ki, 10 mindən çox tibb işçinin əmək haqqına ümumilikdə 6 milyon manatdan artıq əlavə ödənilib. “Lakin, bu bütöv məbləğ deyil. Siyahılar hələ dəqiqləşdirilir”, - o bildirib.
Eyni zamanda, o məlumat verib ki, hazırda koronavirusa yoluxma faktlarının 45,3%-i Bakının payına düşüb.
Xəbər verildiyi kimi, mayın 6-na Azərbacanda koronavirusa yoluxanların ümumi sayı 2127 nəfər, vəfat edənlərin – 28 nəfər, sağalanların – 1536 nəfər təşkil edir.
Hazırda 563 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 169,79 min test aparılıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət