Kanadanın “Zenith Energy Ltd” şirkəti Azərbaycanda quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” müqavilə blokundan neft hasilatını dayandırıb. Bu barədə şirkətin məlumatında deyilir.
“Afrikada biznesin inkişafı üçün imkanların axtarışına istiqamətlənmiş «Zenith Energy Ltd.” şirkəti quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” blokunun müqavilə reabilitasiya sahəsinin (Contract Rehabilitation Area, CRA) SOCAR-a təhvil verilməsi prosesini uğurla başa çatdırıb. Bununla da «Zenith Energy Ltd.” Azərbaycanda neft hasilatı üzrə bütün əməliyyatları dayandırıb”, - deyə məlumatda bildirilir.
Azərbaycanda neft hasilatı prosesinə cəlb olunmuş 170-ə yaxın personal SOCAR-ın heyətinə köçürülüb.
“Zenith Energy Ltd.” şirkəti 2020-ci ilin mart ayında “Muradxanlı-Cəfərli-Zərdab” müqavilə blokunun reabilitasiya zonasını SOCAR-a geri qaytarmağı və Azərbaycanda fəaliyyətini mövcud müqavilə çərçivəsində yalnız geoloji-kəşfiyyat işlərinə yönəltməyi planlaşdırdığını bildirmişdi.
“Zenith Energy Ltd.” Azərbaycanda neft hasilatında əhəmiyyətli artıma nail olmaq üçün böyük maliyyə və texniki resurslar cəlb etmişdi. Lakin nəticələr bir sıra səbəblərə, o cümlədən yatağın mürəkkəb geoloji quruluşuna, mövcud quyuların bir çoxunun pis vəziyyətdə olmasına və quyular haqqında tarixi məlumatların qeyri-dəqiqliyinə görə gözləntiləri doğrultmayıb”, - deyə şirkətin bəyanatında qeyd olunmuşdu.
2016-cı il martın 16-da SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.
Saziş 25 il müddətinə imzalanmışdı. Sazişdə “Zenith” şirkəti 80 faizlik, SOCAR isə 20 faizlik iştirak payına malikdir. “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları ümumilikdə 642,4 kvadrat kilometr ərazini əhatə edir.
“Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları bloku İmişli rayonu ərazisində yerləşir. “Muradxanlı” yatağı 1971-ci ildə, “Cəfərli” yatağı 1984-cü ildə, “Zərdab” yatağı 1981-ci ildə kəşf edilib.
Blokun çıxarıla bilən qalıq neft ehtiyatları 1,8 milyon ton, qalıq qaz ehtiyatları 36 milyon kubmetr həcmində qiymətləndirilir. Hazırda blok üzrə istismar fondunda 77 quyu var.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət