Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Tərəflər Azərbaycan və Avropa İttifaqı arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar. Bu münasibətlərin daha da inkişaf etdirilməsində qarşılıqlı marağın olduğu vurğulanıb”, - deyə məlumatda bildirilir.
C.Bayramov yalnız Azərbaycan deyil, eləcə də bölgənin təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə qarşı tərəfə məlumat verib.
“Bölgədə müşahidə olunan gərginlikdən danışan nazir Ermənistan tərəfinin son zamanlar həyata keçirdiyi silsilə təxribat xarakterli əməlləri, o cümlədən cari ilin 12-16 iyul tarixlərində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin əvvəlcədən planlaşdırılan hücum cəhdi, 23 avqust tarixində Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribatı, Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilməsi və digər təhrikçi fəaliyyəti haqqında qarşı tərəfə ətraflı məlumat verib. Ermənistan rəhbərliyinin bu kimi fəaliyyətinin münaqişənin danışıqlar yolu ilə həlli prosesinə zərbə vurduğu qeyd olunub. Beynəlxalq ictimaiyyətin bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməsinin və işğalçı Ermənistana birmənalı ismarışlar göndərməsinin vacib olduğu vurğulanıb”, - deyə məlumatda qeyd olunur.
T.Klaar münaqişənin sülh yolu ilə həlli üçün hər hansı qeyd şərt irəli sürülmədən substantiv danışıqların aparılmasının vacibliyini qeyd edib. O, həmçinin Aİ-nin bundan öncə olduğu kimi tərəflər arasında etimadın qurulması tədbirlərini həyata keçirməyə hazır olduğunu vurğulayıb.
C.Bayramov etimad quruculuq tədbirləri üçün müvafiq məqamın yetişməsinin önəmli olduğunu vurğulayaraqilk öncə Azərbaycan ərazilərinin işğalının nəticələrinin aradan qaldırılmasının zəruri olduğunu söyləyib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.*
B.Rüstəmbəyov
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət