Azərbaycan hökuməti Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinin texniki-iqtisadi əsaslandırmasını hazırlayıb, dəmir yolunun tikintisi maksimum 2 il çəkəcək. Bunu Prezident İlham Əliyev deyib.
“Biz yaxın günlərdə Horadizdən Zəngilana qədər, Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlayacağıq, artıq texniki-iqtisadi əsaslandırma hazırlanır. Hesab edirəm ki, dəmir yolunun tikintisi maksimum 2 il çəkəcək”, - deyə dövlət başçısı dekabrın 31-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı Azərbaycan, Ermənistan, Türkiyə dəhlizinin formalaşmasına böyük önəm verir.
“Ancaq bizim fikrimiz ondan ibarətdir ki, bu tarixi gözləməyək, həm dəmir yolu ilə Horadizə qədər, ondan sonra tırlarla daşımalar aparıla bilər. Bu, artıq bizim gündəliyimizdə olan vacib məsələdir. Hesab edirəm və əminəm ki, biz artıq Azərbaycandan Ermənistan və Naxçıvan ərazisindən Türkiyəyə ilk yükləri göndərə və əks istiqamətdən qəbul edə bilərik. Beləliklə, noyabrın 10-da imzalanmış Bəyanatın önəmli hissəsi olan Naxçıvan dəhlizinin açılması da həyata keçiriləcək”, - deyə İ.Əliyev vurğulayıb.
Öz növbəsində, Akar qeyd edib ki, Qarabağ Zəfərinin Qafqazın tarixində çox önəmli yeri var. Bu, həm Türkiyə-Azərbaycan əlaqələri baxımından dönüş nöqtəsi oldu, həm də Qafqazın gələcəyi baxımından həqiqətən çox önəmli bir addım oldu.
O, ən qısa vaxtda Naxçıvan ilə Zəngilan arasında kommunikasiya xəttinin qurulacağına ümidvar olduğunu deyib. “İnşallah, ən qısa vaxtda Ortaq Mərkəzin fəaliyyətə başlamasından sonra Naxçıvan ilə Zəngilan arasında kommunikasiya xətti qurulacaq ki, bu da qardaşların bir-biri ilə sıx əlaqəsi – Türkiyənin, Naxçıvanın və Azərbaycanın fiziki olaraq bir-birinə bağlanması baxımından çox önəmlidir”, - deyə Akar vurğulayıb.
Nazir, həmçinin Prezident Əliyevin dekabrın 11-də Bakıda Minsk qrupunun həmsədrləri ilə görüşünü də qeyd edib.
“30 il işğala səssiz qalıb, seyr edib, hər şey bitdikdən sonra buraya gəlib Minsk qrupu olduqlarını xatırladanlara bu masada verdiyiniz cavabı da böyük bir zövqlə, böyük bir dərs olaraq Türkiyədə izlədik. Həqiqətən də hər kəs Sizin bu qətiyyətinizdən qürur duydu”, - deyə H.Akar vurğulayıb.*
A.Əzizov
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət