2020-ci ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin dərinliyi 45,9 milyard manat və ya ÜDM-nin 63%-ni təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə hökumətin 2020-ci ilə dair hesabatında qeyd olunur.
2019-cu ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin dərinliyi ÜDM-nin 58,5%-ni təşkil edib.
“Ötən ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin aktivləri 45,9 milyard manat və ya ÜDM-nin 63%-i səviyyəsində (qeyri-neft ÜDM-nin 90%-i) qiymətləndirilir. Eyni zamanda, maliyyə sisteminin aktivlərinin 69,9%-i (2019-cu ilin yekunları üzrə 68,8%-i) bankların payına düşüb”, - deyə hesabatda bildirilir.
2020-ci ildə bankların aktivləri 2019-cu ilin göstəricisi ilə müqayisədə 2% azalıb.
Maliyyə sektorunun aktivlərinin strukturunda 27,1% bank olmayan kredit təşkilatlarının (BOKT) payına düşür.
Sığorta sektoru və investisiya şirkətlərinin maliyyə dərinliyinə töhfəsi cüzidir və müvafiq olaraq 2,9% və 0,1% təşkil edir.
2020-ci ilin sonuna Azərbaycanda 26 bank, 20 sığorta şirkəti, 10 investisiya şirkəti və 91 BOKT fəaliyyət üçün lisenziyaya malik olub.*
Ə.Məmmədov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət