Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək “5 ulduzlu” reytinqə layiq görülən dünyada beşinci hava limanı olub.
“COVID-19 auditi 2021-ci ilin martında, COVID-19 pandemiyası dövründə sərnişinlərin və işçi heyətin təhlükəsizliyini qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən tətbiq olunan 175-dən çox təhlükəsizlik protokolunun qiymətləndirilməsi məqsədilə keçirilib. Audit ICAO Şurası, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) və Xəstəliklərin qarşısının alınması və nəzarət olunması üzrə Avropa Mərkəzinin (ECDC) tövsiyələrinə uyğun olaraq hava limanı tərəfindən sağlamlığın qorunması, gigiyena və təhlükəsizlik tədbirlərinə riayət olunması dərəcəsinin qiymətləndirilməsini əhatə edir”, - Aeroportun mətbuat xidmətindən məlumat verilir.
AZAL-ın məlumatına görə, qeyd edilən audit COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq üçün hava limanının obyektləri və xidmətləri tərəfindən prosedurlara effektiv və düzgün şəkildə riayət olunmasını qiymətləndirir. Onlara terminalın təmizliyi, işçi heyət tərəfindən fərdi qoruyucu vasitələrdən istifadə, aerovağzal binasında döşəməyə və skamyalara vurulan müvafiq işarələr və nişanlar, qida məhsulları və içkilərin təmizlik və gigiyena qaydalarına riayət olunması, eləcə də sosial məsafənin saxlanmasına və maskalardan istifadəyə nəzarətin həyata keçirilməsi daxildir.
COVID-19 auditi çərçivəsində maskalardan istifadə qaydalarına riayət olunmasına, əməkdaşlar və sərnişinlər arasında sosial məsafənin qorunmasına diqqətlə nəzarət edilir. Hava limanında təmizliyə və gigiyena qaydalarına riayət olunması auditinə avadanlıqların qiymətləndirilməsi, təmizlik xidmətinin işçilərinin sayı və effektivliyi ATF testi vasitəsilə ölçülən dezinfeksiyanın müntəzəmliyi daxildir.
“Sərnişinlərin təhlükəsizliyi və sağlamlığı hər zaman ən yüksək prioritetimizdir. Heydər Əliyev Beynəlxalq Aeroportu da daxil olmaqla, hava limanlarında vaxtında görülən tədbirlər sayəsində müvafiq infrastruktur yaradılaraq aerovağzal kompleksinin fəaliyyətini ən qısa müddətdə bərpa etməyə bacardıq”, - məlumatda AZAL-ın prezidenti Cahangir Əsgərovun sözlərindən sitat gətirilir.
“Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən təsdiqlənmiş ən yüksək COVID-19 təhlükəsizlik reytinqi sərnişinlərin uçuşlara olan inamını bərpa etmək üçün təhlükəsiz səyahət zəmanətini verir. Hava limanında görülən bütün təkmilləşdirmə tədbirləri sayəsində ən yüksək gigiyena və təhlükəsizlik standartları təmin edilir. Heydər Əliyev Beynəlxalq Aeroportu, COVID-19-un yayılması ilə əlaqəli riskləri azaltmaq üçün yaxşı balanslaşdırılmış təhlükəsizlik təcrübəsi portfelini təqdim edir”, - “Skytrax” agentliyinin icraçı direktoru Edvard Pleysted vurğulayıb.
Cəmiyyətin məlumatına görə, “Skytrax” agentliyinin COVID-19 reytinqi, koronavirus pandemiyası dövründə hava limanlarında sağlamlığın qorunması və təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərin peşəkar və elmi araşdırmalara əsaslanaraq aparılmış dünyada yeganə qiymətləndirməsi və sertifikatlaşdırmasıdır.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü il aprel ayının 23-də istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət