Azərbaycan prezidenti İlham Əliyev ümid edir ki, 2022-ci ildən etibarən vətəndaşların Qarabağda azad olunmuş ərazilərinə mərhələli şəkildə qaytarılmana başlanacaq.
“Dəqiq nə vaxt olacağını demək mənim üçün çətindir. Ancaq ümidvaram ki, gələn ildən etibarən, mərhələli şəkildə köçkünlərin ilk qrupu yerləşdirilməlidir”, - Əliyev “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın iştirakçılarının suallarına cavabında bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti məcburi köçkünləri Qarabağa mümkün qədər tez qaytarmaq istəyir. “Lakin ən böyük problem minalardır. Ermənistan bizə minaların xəritəsini verməyib, baxmayaraq ki, biz bunun onlarda olduğunu bilirik. Müharibə bitəndən sonra bizim hərbçilərdən başqa, təkcə mülki şəxslər arasında 100-dən çox itkimiz var. 100-dən çox insanın 20-dən çoxu minalardan həlak olub. Ona görə də minaların təmizlənməsi ilə bağlı çox işlər görülməlidir. Minaların təmizlənməsi çox uzun bir prosesdir, bu, vaxt tələb edir”, - prezident deyib.
Əliyev qeyd edib ki, ikinci mühüm məsələ, dəymiş ziyanın hesablanmasıdır. “Çünki biz Ermənistanı törətdikləri dağıntılara görə beynəlxalq hüquqi təsisatlarda məhkəməyə verməyi planlaşdırırıq. Bu səbəbdən biz bütün dağıntıları sənədləşdiririk”, - o vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, vətəndaşların bu ərazilərə qayıtması üçün həyat üçün layiqli şərait, zəruri infrastruktur yaratmaq lazımdır. Xüsusilə, regionda artıq avtomobil yollarının tikintisi, elektik xəttlərinin çəkilməsinə başlanılıb. “Qeyd etdiyim kimi, maksimum 2 ilə bütün Qarabağ elektrik enerjisi ilə təchiz olunacaq. Sonra, su təchizatı, su kəmərləri yoxdur. İnsanlar oraya getsələr, nə yeyəcəklər, nə içəcəklər, kənd təsərrüfatı ilə necə məşğul olacaqlar? Biz düzgün planlaşdırmalıyıq. Əlbəttə ki, şəhərsalma, çünki hər şey yerlə-yeksan edilib. Ona görə də yeni şəhərsalma layihələri olacaq. Hazırda bununla da bağlı proses gedir. Eyni zamanda, mən müxtəlif ölkələrdən olan tərəfdaşlarımızla təmaslarım zamanı bizə şəhərsalma, kəndlərin tikintisi ilə bağlı ideyalar verə biləcək şirkətləri cəlb etmək üçün bu məsələni qaldırmışam. Biz bu şirkətləri bizimlə işləməyə dəvət etmək istəyirik, çünki bizim tikinti imkanlarımız bu əraziləri bərpa etmək üçün yetərli deyil”, - Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, böyük ehtimal ki, qayıdış infrastruktura yaxın olan kəndlərdən başlayacaq. “Məsələn Ağdam, Füzuli, Cəbrayılda elektrik və su xətlərini çəkmək daha asandır. Yavaş-yavaş biz davam edəcəyik”, - Əliyev deyib. **
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət