2021-ci ilin yanvar-iyun aylarının yekunları üzrə “Cənub Qaz Dəhlizi” (CQD) QSC-nin xalis zərəri $39 milyon 139,846 min təşkil edib.
“İnterfaks-Azərbaycan”ın məlumatıan əsasən, bu barədə QSC-nin 2021-ci il birinci yarısı ərzində dərc olunan maliyyə hesabatında deyilir.
Hesabat dövrü ərzində CQD-nin əməliyyat zərəri $10 milyon 311,767 min təşkil edib. Həmçinin, CQD-nin maliyə gəlirləri $88 milyon 697,137 min, maliyyə xərcləri - $105 milyon 504,394 min təşkil edib. Məzənnə fərqindən zərər $12 milyon 20,822 min təşkil edib.
Nəticədə, yarımilliyin yekunları üzrə cəmiyyətin vergiöncəsi mənfəəti $39 milyon 139,846 min təşkil edib.
Hesabata əsasən, QSC-nin aktivləri $8 milyard 980,983 milyon (azalma 29,2%), öhd əlikləri - $6 milyard 811,957 milyon (azalma 24,2%) təşkil edib.
2021-ci il iyunun sonuna QSC-nin kapitalı $2 milyard 415,8 milyona (azalma 25,2%), həmçinin səhmdar kapitalı $2 milyard 415,8 milyona bərabərdir. İyunun 30-na cəmiyyətin bölüşdürülməmiş zərəri $207 milyon 633,615 min həcmində qiymətləndirilir.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri təxminən $38 milyard təşkil edir.
10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.* “Mərhələ-2” layihəsi 2 yeni platformanın tikintisini, 26 sualtı quyunun qazılmasını və 550 metr dərinlikdə 500 kilometrlik sualtı boru kəmərlərinin çəkilməsini, Səngəçal terminalının genişləndirilməsini, Cənubi Qafqaz boru kəməri magistralının ötürmə qabiliyyətinin 16 mlrd. kubmetrə qədər artırılmasını və qazın Avropaya nəqli üçün 4000 kilometrə qədər uzunluqda yeni qaz kəmərlərinin tikintisini nəzərdə tutur. **
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət