Avqustun 23-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti əsnasında iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Bu ilin iyun ayında ali səviyyəli görüşlərin yekunlarına əsasən əldə olunmuş razılaşmaların reallaşmasında nəzərəçarpacaq tərəqqi məmnunluqla qeyd edilib.
Avqustun əvvəlində Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının, Özbəkistan, Azərbaycan və Türkiyənin xarici işlər, ticarət və nəqliyyat nazirlərinin birinci görüşünün səmərəli olduğu vurğulanıb.
Bildirilib ki, cari ildə qarşılıqlı əmtəə dövriyyəsi 70 faiz artıb, kənd təsərrüfatı, ipəkçilik və toxuculuq sənayesi, maşınqayırma, kimya və digər sahələrdə birgə kooperasiya layihələrinin həyata keçirilməsinə başlanılıb. Qeyd edilib ki, Özbəkistan-Azərbaycan investisiya fondunun tezliklə fəaliyyətə başlaması üzrə iş aparılır və mədəni-humanitar mübadilə genişlənir.
Dövlət başçıları praktiki qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə tərəfdar olduqlarını bildiriblər. Bu baxımdan cari ilin payızında Regionların Forumunu və iki ölkənin sənaye potensialı sərgisini keçirməyin vacibliyi qeyd edilib.
Telefon söhbəti zamanı regional gündəliyə dair fikir mübadiləsi də aparılıb. Qarşıdakı çoxtərəfli görüşlərin, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının və Türk Dövlətləri Təşkilatının Səmərqənddə baş tutacaq Zirvə görüşlərinin qrafiki və gündəliyi nəzərdən keçirilib.*
B.Rüstəmbəyov
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət