Türkiyənin Şuşa şəhərində (Qarabağ ioqtisadi rayonu - İF) Baş Konsulluq açacaq. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“Şübhəsiz, Şuşa Azərbaycanın ən əsas cazibə mərkəzidir. Hesab edirəm ki, İlham Əliyev, xüsusilə tikiləcək otellərlə bu cazibə mərkəzini daha da cəlbedici edəcək... Həqiqətən, cənab Prezident (Əliyev - İF) dayanmır. Burada çox qısa müddətdə tikilən birmərtəbəli də olsa, o binalarla bura canlandı. Lakin Şuşada hotellərin tikilməsi üçün yatırılacaq investisiyalar onu cazibə mərkəzinə çevirəcək. Biz də, öz növbəmizdə Şuşada Baş Konsulluq açarıq”, - Ərdoğan türkiyəli jurnalistlərlə söhbət zamanı bildirib.
Türkiyə prezidenti qeyd edib ki, Şuuşada, o cümlədən Türkiyə şirkətlərinin iştirakı ilə icra olunan infrastruktur layihələrin tamamlanma şəhərə turist axının artıracaq.
“Zəngilan və digər hava limanlarının açılması bu işin bir hissəsidir. Hazırda burada nəqliyyat infrastrukturunun tikintisi tamamlanmaq üzrədir. Düşünürəm ki, bir ildən sonra Şuşaya səfərlər xeyli asanlaşacaq”, - Ərdoğan bəyan edib.
O əlavə edib ki, Azərbaycan hökuməti “2023-vü ildə Şuşa şəhərinin inkişafına böyük vəsait” ayırmağı planlaşdırır.
“Türkiyənin podratçı şirkətləri də deyirlər ki, planlar reallaşsa, 1-1,5 ilə şəhərdə işlər tamamlanacaq. Bu işlər dəmir yolu ilə yanaşı, avtomobil yolları ilə də
əlaqədardır. Onları da tamamlamaqda qərarlıdırlar. Bu işləri bitirən kimi artıq Şuşaya yol açıq olacaq və bu yerlər həm yerli, həm də xarici turistlərlə canlanacaq”, - Ərdoğan bəyan edib. **
N.Abbasova
Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib
İsveçrədən Azərbaycana saat ixracı 10 milyon avrodan çox olub
11 ay ərzində Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 6,6% artıb
İsveçrə 10 ay ərzində Azərbaycana dərman vasitələrinin ixracını 58% artırıb
Danimarka parlamentində dini kitabların təhqir olunmasını qadağan edən qanun qəbul edilib
Azərbaycanın qərbində avtomobil yolunun əsaslı təmiri üçün AAYDA-ya 2 milyon manat ayrılacaq
Xarici investor ilk dəfə Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat sərmayə qoyub
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
Aİ 2024-cü ildə Fələstinə 125 milyon avro məbləğində ilkin humanitar yardım nəzərdə tutur
Ərdoğan Fransanın Ermənistana zirehli nəqliyyat vasitələri göndərməsini təxribat adlandırıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!
CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək
Bank Respublika “İkiqat Dəstək” mikro kredit kampaniyasına start verir!
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək