Azərbaycan Mərkəzi Bankı 2023-cü il üçün cari əməliyyatlar hesabının profisitini enerji daşıyıcılarının qiymətləri hazırki səviyyəsində qalacağı halda ikirəqəmli səviyyədə proqnozlaşdırır.
“2023-cü ildə də cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnoz dəyişməz qalır. Enerji daşıyıcılarının qiymətləri hazırki səviyyəsində qalarsa, növbəti ildə də cari hesab profisitinin ümumi daxili məhsula nisbətinin ikirəqəmli səviyyədə qalacağı gözlənilir”, - AMB-nin Faiz dəhlizinin parametrləri haqqında bəyanatında deyilir.
AMB qeyd edir ki, xarici ticarət balansının profisiti 10 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 3.1 dəfə artaraq 23.1 mlrd. ABŞ dollarına çatıb.
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $17 milyard 710,6 milyon və ya ÜDM-in 30,7%-ni təşkil edib (2021-ci ilin 9 ayının göstəricisindən 4,5 dəfə çox).
Yanvar-sentyabr aylarında neft-qaz sektoru üzrə profisit $21 milyard 447,7 milyon (artım 2,6 dəfə), qeyri-neft sektoru üzrə kəsir $3 milyard 737,1 milyon (azalma 12,1%) təşkil edib.
2022-ci ilin yanvar-sentyabr aylarında bir barel neftin orta qiyməti $106,6 (2021-ci ilin müvafiq dövründə $61,9) təşkil edib.
AMB 2022-ci ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 23-25%-I səviyyəsində gözləyir.
2021-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $8 milyard 291,6 milyon və ya ÜDM-nin 15,2%-ni təşkil edib. Profisit neftin qiymətinin daha yüksək olması ilə şərtlənib (2021-ci ildə bir barel neftin orta qiyməti $66,8, 2020-ci ildə $40,8 təşkil edib). **
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət