“TAP AG” boru kəməri şirkəti Trans-Adriatik qaz kəmərinin (TAP) ötürmə gücünün 1,2 milyard kubmetr genişləndirilməsinin I mərhələsini işə salır. Bu barədə şirkətin məlumatında deyilir.
Xəbər verildiyi kimi, “TAP AG” 2021-ci ilin iyul ayında TAP qaz kəmərinin gücünün mövcud 10 milyard kubmetrdən genişləndirilməsi üçün bazar sınağının (Market Test 2021) məcburi tender mərhələsinə başlayıb. Şirkət 2023-cü il yanvarın 16-dan 22-dək bazar sınağının ilk məcburi tender mərhələsini keçirib.
“2023-cü il yanvarın 22-də məcburi tender təkliflərinin təqdim edilməsi pəncərəsinin bağlanmasından sonra “TAP AG” şirkəti TAP-ın genişləndirilməsinin birinci mərhələsini işə salır və 2026-cı ildən başlayaraq uzunmüddətli müqavilələr vasitəsilə kəmərdə ildə 1,2 milyard kubmetr əlavə güc ayıracaq”, - deyə məlumatda bildirilir.
TAP-ın gücü 2027-ci ilədək mərhələli şəkildə ildə ən azı 20 milyard kubmetrə qədər artırıla bilər.
“TAP AG” bazar sınaqlarının ikinci məcburi mərhələsini 2023-cü ilin ikinci yarısında keçirməyi planlaşdırır və maraqlı tərəflər öz təkliflərini təqdim edə biləcəklər.
“Biz TAP-ın gücünü artırmağa başlamaqdan məmnunuq və buraxılış gücü tədricən ildə ən azı 20 milyard kubmetrə qədər artırıla bilər. TAP-ın imkanlarının genişləndirilməsi vasitəsilə yeni həcmdə hidrogen və digər bərpa olunan qazlar da nəql edilə bilər”, - deyə TAP konsorsiumunun idarəedici direktoru Luka Şippati bildirib.
Daha əvvəl Şippatiyə istinadən verilən məlumata görə, “TAP AG” 2025-ci ilədək TAP-ın ötürmə qabiliyyətinin artırılmasının I mərhələsini başa çatdırmağa hazırdır. Bundan başqa, TAP-ın buraxılış gücü 2027-ci ilin sonuna qədər 20 milyard kubmetrə qədər artırılacaq. Bütün bunlar yeni borular çəkilmədən və İtaliya ərazisində yeni işlərə ehtiyac olmadan, Yunanıstan və Albaniyada yalnız yeni kompressorların quraşdırılması vasitəsilə mümkün olacaq.
TAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqlini nəzərdə tutur. Kəmərin ötürmə qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Azərbaycan qazının TAP kəməri ilə Avropaya ixracına 2020-ci il dekabrın 31-dən başlanılıb. Hazırda Aİ-də Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.
2022-ci ildə Azərbaycan ixracın həcmini 18% - 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (2021-ci illə müqayisədə artım 39%) ixrac olunub ki, bu da Azərbaycanın bütün ixracının 51%-ni təşkil edir.
2023-cü ildə qaz ixracının 24 milyard kubmetr təşkil edəcəyi planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.*
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət