Sülh prosesi Azərbaycanla birbaşa danışıqlardan imtina edən və sülh prosesindən yayınmaq üçün istənilən bəhanələrə əl atan Ermənistanın destruktiv mövqeyi ilə əngəllənir. Bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov deyib.
“Azərbaycan Ermənistana beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan sülh sazişi imzalamağı təklif edib. Bu prinsiplərdən birinə ərazi bütövlüyünə, suverenliyə və bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət daxildir. Ermənistan hakimiyyəti bir neçə aydır ki, KİV-lərin və diasporun imkanları vasitəsilə müxtəlif bəhanələrə əl ataraq beynəlxalq ictimaiyyəti çaşdırır və destruktiv mövqe nümayiş etdirərək sülh prosesinə mane olur”, - deyə E.Əmirbəyov “France 24” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan sülhün alternativinin olmadığını düşünür.
“Gec-tez bu iki xalq düşmənçilik səhifəsini çevirməli və beynəlxalq hüquqa hörmət əsasında normal və yaxşı münasibətlər qurmağa çalışmalıdır. Ermənistan üçün belə bəhanələrdən biri isə Laçın yolundakı vəziyyətdir”, - deyə E.Əmirbəyov qeyd edib.
O, “blokada” sözünün istifadə edilməsi ilə razılaşmadığını qeyd edib: “Laçın yolu Azərbaycan tərəfindən bağlanmayıb. Bu yol Ermənistanın 10 min erməni əsgərinin hələ də yerləşdiyi suveren Azərbaycan ərazisində hərbi potensialının gücləndirilməsi məqsədilə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz silahların, piyada əleyhinə minaların və hərbi personalın daşınması üçün istifadə olunub”.
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi deyib ki, bu yolda aksiyaya başlamaq üçün son damla Laçın yolu ilə Azərbaycanın faydalı qazıntılarının və təbii sərvətlərinin sonradan ixrac üçün Ermənistana daha intensiv şəkildə daşınması olub: “Üçtərəfli bəyanata əsasən, Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır”.
O, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bu yolda fəaliyyət göstərən yeganə beynəlxalq təşkilat olduğunu və BQXK-nın Azərbaycan tərəfi ilə sıx əlaqə saxladığını əlavə edib.
Birinci vitse-prezidentin köməkçisi bildirib ki, Azərbaycan Laçın yolundan qeyri-qanuni məqsədlərdə istifadənin qarşısının alınması üçün hərəkətin şəffaflığının təmin edilməsini tələb edir.
E.Əmirbəyov əlavə edib ki, Azərbaycan fikir ayrılıqlarının aradan qaldırılması və nəhayət sülh sazişinin imzalanması üçün istənilən vasitəçiliyi alqışlamağa hazırdır: “Ermənistanı danışıqlar masasına qayıtmağa, beynəlxalq ictimai rəyi manipulyasiya etməməyə çağırırıq”.*
B.Rüstəmbəyov
“AzInTelecom” yaddaş avadanlıqlarının satın alınmasına 6 milyon manata yaxın vəsait yönəldəcək
Aİ ölkələri yanvar-iyul aylarında Azərbaycandan metanol idxalını cüzi azaldıb
Şuşa 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib
Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il yanvarın 2-nə qədər uzadılıb
Peskov: Qarabağda Rusiya sülhməramlılarının gələcəyi ilə bağlı məsələ hələlik həll olunmayıb
Peskov: RF, Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı hələlik dəqiq ehtimal yoxdur
Kreml Əliyev və Ərdoğanın görüşünün Qarabağda normallaşmaya şərait yaradacağını gözləyir
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Azerconnect nüfuzlu Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb
“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!
Press-reliz: SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr