Özbəkistan Daxili İşlər Nazirliyinin (DİN) 31 minə yaxın əməkdaşı aprelin 30-da ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı qanun layihəsi üzrə referendumda təhlükəsizliyin təmin edilməsinə cəlb olunub. “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin Daşkənddən verdiyi xəbərə görə, bu barədə DİN-in nümayəndəsi MSK-da keçirilən brifinqdə məlumat verib.
“Referendumda təhlükəsizliyin təmin edilməsi prosesinə DİN-in 30954 əməkdaşı, o cümlədən 550 nəqliyyat vasitəsi cəlb olunub”, - deyə o bildirib.
Nazirliyin əməkdaşı təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi üçün Özbəkistanın dövlət orqanları tərəfindən bütün lazımi tədbirlərin görüldüyünü vurğulayıb.
Bundan əlavə, bu gün referendum günü respublikanın hər yerində, ən mühüm obyektlərdə, o cümlədən hava limanlarında, dəmiryol vağzallarında və s. yerlərdə sutkalıq növbətçilik təşkil edilib.
DİN nümayəndəsi əlavə edib ki, “indiyə qədər səsvermə zamanı qanun pozuntuları ilə bağlı heç bir şikayət daxil olmayıb”.*
A.Əzizov
Şuşa yaxınlığında mülki şəxs minaya düşüb
Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin olunub
Azərbaycan 10 ay ərzində Çexiyaya 1 milyard avroluq neft ixrac edib
Aqrar Sığorta Fondu 11 ay ərzində fermerlərə 2,8 milyon manata yaxın sığorta ödənişi həyata keçirib
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Zəlzələ AZAL-ın uçuşlarının müntəzəmliyinə təsir etməyib
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək