“VMF” şirkəti 1 milyon manat məbləğində istiqraz yerləşdirməyi planlaşdırır.
Maliyyə bazarındakı mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib ki, emissiya bir qiymətli kağızın nominal dəyəri 100 manat olan 10 min ədəd istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti 18 ay, illik faiz dərəcəsi 13%-dir (faiz ödənişləri hər 90 gündən bir həyata keçiriləcək).
“VMF” şirkəti 1998-ci ildə yaradılıb. Şirkət saat və aksessuarlar bazarında fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 20,22 min manat, yeganə təsisçisi Vahid Mustafayevdir.
2022-ci ilin sonuna “VMF” şirkətinin aktivləri 5,9 milyon manat, öhdəlikləri 2,3 milyon manat, kapitalı 3,6 milyon manat məbləğində qiymətləndirilir. Ötən il şirkətin xalis mənfəəti təxminən 426 min manat təşkil edib.*
R.Əhmədov
İsveçrə 10 ay ərzində Azərbaycana dərman vasitələrinin ixracını 58% artırıb
Danimarka parlamentində dini kitabların təhqir olunmasını qadağan edən qanun qəbul edilib
Azərbaycanın qərbində avtomobil yolunun əsaslı təmiri üçün AAYDA-ya 2 milyon manat ayrılacaq
Xarici investor ilk dəfə Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat sərmayə qoyub
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
Aİ 2024-cü ildə Fələstinə 125 milyon avro məbləğində ilkin humanitar yardım nəzərdə tutur
Ərdoğan Fransanın Ermənistana zirehli nəqliyyat vasitələri göndərməsini təxribat adlandırıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!
CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək
Bank Respublika “İkiqat Dəstək” mikro kredit kampaniyasına start verir!
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək