“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2023-2026-cı illərdə Azərbaycanda neft hasilatının 7%-ə qədər azalacağını proqnozlaşdırır.
“Neft qiymətləri əlverişli olsa da, Azərbaycanda hasilat azalmaqda davam edib. Azərbaycan dünyanın ən qədim neft istehsalçılarından biridir. Mövcud neft yataqları (xüsusilə əsas “Azəri-Çıraq-Günəşli” yatağı) köhnəlir, buna görə də bu yataqlardan hasilat təbii səbəblərdən tədricən azalır. 2010-2021-ci illərdə neft hasilatı 30% - gündə 1 milyon bareldən təxminən 0,74 milyon barelə qədər azalmışdı. Neft hasilatı 2022-ci ildə 5% - gündə 0,7 milyon barelə qədər azalıb. Biz neft hasilatının ortamüddətli perspektivdə azalmağa davam edəcəyini, lakin bunun bir qədər yavaş templə baş verəcəyini gözləyirik. Bütövlükdə, 2023-cü ildən 2027-ci ilədək hasilat təxminən 7% azalacaq”, - deyə “S&P”nin proqnozlarında bildirilir.
Agentlik qeyd edir ki, ölkədə neft hasilatının yavaş templə azalması “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsinin 2024-cü ildə işə salınmasının planlaşdırılması ilə bağlı olacaq. Layihə üzrə ən yüksək neft hasilatının sutkada 100 min barel olacağı proqnozlaşdırılır. “Bununla belə, biz hasilatın tədricən artacağını, digər yataqlarda isə hasilatın azalmasının davam edəcəyini gözləyirik”, - deyə agentlikdə hesab edirlər.
Ümumilikdə isə S&P Azərbaycanda neft hasilatının ortamüddətli perspektivdə azalmağa davam edəcək.
Azərbaycan OPEC+ sazişinin iştirakçısı olaraq qalır. 2024-cü ildə ölkə üçün xam neft kvotası sutkada 0,55 milyon barel təşkil edəcək. Lakin 2023-cü ildə Azərbaycanda faktiki neft hasilatı orta hesabla təqribən 0,52 milyon barel təşkil edib.
“S&P”nin Azərbaycanın qaz sektorunda artım tempi ilə bağlı proqnozu isə xeyli qənaətbəxşdir. “Mərhələ-2 çərçivəsində “Şahdəniz” yatağından hasilata 2018-ci ildə başlanılıb, 2019-2020-ci illərdə bu layihə ilə əlaqəli iki boru kəməri - müvafiq olaraq Türkiyə və Avropaya qazın nəql olunduğu Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) istismara verilib. 2017-2022-ci illərdə Azərbaycanın qaz hasilatı 90% artaraq 34 milyard kubmetrə çatıb, rəsmi planlara əsasən, 2026-cı ilə qədər əlavə olaraq 7% artacaq”, - deyə agentlik vurğulayır.
“S&P”nin qiymətləndirmələrinə görə, Azərbaycan qazının ixracı üçün boru kəməri infrastrukturu hazırda tam gücü ilə işləyir və gələcəkdə ixrac həcmlərinin artırılması bu infrastrukturun genişləndirilməsini tələb edəcək.
“S&P” qeyd edir ki, Aİ ölkələri Azərbaycan nefti və qazının əsas alıcılarıdır: Ümumi neft ixracının 45%-ə qədəri İtaliyanın, 25%-i digər Aİ ölkələrinin payına düşür; İtaliya, həmçinin ən iri qaz alıcısıdır. Azərbaycanın ümumi ixrac həcminin təqribən 50%-i bu ölkənin payına düşür.
Azərbaycan hökuməti 2023-cü ildə ölkədə neft hasilatını 31 milyon 222,3 min ton, qaz hasilatını 46 milyard 761,6 milyon kubmetr həcmində proqnozlaşdırır. Cari ildə Azərbaycanda 35 milyard 900,3 milyon kubmetr əmtəəlik qaz hasil olunacaq.
2022-ci ildə Azərbaycanda 32 milyon 667,7 min ton neft (qaz kondensatı ilə birlikdə, azalma 5,5%), 46 milyard 743,3 milyon kubmetr qaz (artım 6,6%), 34 milyard 958,3 milyon kubmetr əmtəəlik qaz (artım 7,3%) hasil edilib.*
R.Əhmədov
İrəvan Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilməsinə razılıq verib
Bakı və Tokio ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Danimarka parlamentində dini kitabların təhqir olunmasını qadağan edən qanun qəbul edilib
Xarici investor ilk dəfə Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat sərmayə qoyub
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
İsrail HƏMAS-la danışıqlar aparmır
Netanyahu Qəzza zolağı üzərində nəzarəti Abbasa verilməsinə imkan verməyəcəyini bəyan edib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AzerTelecom şirkətinin rəhbərliyində yeni təyinat olub
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək