Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev Avstriya Respublikasına səfəri çərçivəsində bu ölkənin rəsmilərini Ermənistanın təxribatları barədə məlumatlandırıb. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər zamanı F.Rzayev Avstriya Respublikasının Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin baş katibi Peter Launskiy-Tiffenthal, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin (UNOOSA) direktoru vəzifələrini icra edən Niklas Hedman ilə ikitərəfli görüşlər keçirib, BMT-nin Vyana bölməsində “Azərbaycanın kosmik fəzada yeri: 74-cü Beynəlxalq Astronavtika Konqresi, Bakı Azərbaycan” başlığı altında keçirilən sərginin açılış mərasimində iştirak edib.
Avstriya Respublikasının Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin baş katibi Peter Launskiy-Tiffenthal ilə keçirilmiş görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlər, siyasi, iqtisadi və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində davamlı fəaliyyəti, habelə Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandırılıb.
74-cü Beynəlxalq Astronavtika Konqresinin 2-6 oktyabr 2023-cü il tarixlərində Bakıda keçirilməsi planlaşdırılır.*
V.Əliyev
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət