Ölkənin qabaqcıl internet provayderi CityNet Azərbaycanda böyük oyun festivalı olan GameSummit-in əsas tərəfdaşıdır.
1 – 2 iyun tarixlərində “Baku Crystal Hall”da keçiriləcək GameSummit Summer 2024 festivalında hər yaş qrupundan olan qonaqların VR və interaktiv zonalarda əylənmək, eyni zamanda qabaqcıl süni intellektə malik əsl robotla söhbət etmək imkanı və müxtəlif hədiyyələr qazanmaq şansı olacaq.
Artıq 3-cü dəfədir ölkəmizdə təşkil olunan bu festivalın əsas tərəfdaşı CityNet iştirakçıları “Gələcəyin şəhəri” mövzulu xüsusi stenddə qarşılayacaq. CityNet City-də qonaqları beynəlxalq virtual yarışlar, dəyərli hədiyyələr və əyləncə dolu eksklüziv oyun arenası gözləyir. Bundan başqa, CityNet şəhərciyində ilk dəfə olaraq həmyerlilərimizin hazırladığı Azərbaycanın birinci kiberidman oyunu təqdim olunacaq. CityNet iştirakçılara bu oyunu hamıdan əvvəl test etmək imkanı yaradır.
Qeyd edək ki, CityNet ölkəmizdə rəqəmsal inkişafı və innovasiyaları təşviq edən layihə və təşəbbüsləri daima dəstəkləyir. CityNet bundan öncə keçirilən GameSummit festivallarında da əsas tərəfdaş kimi çıxış edib.
CityNet yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (120 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Qoşulma və ya ətraflı məlumat üçün www.citynet.az saytına keçid edə və ya *1177 ilə əlaqə saxlaya bilərsiniz.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət