Amerikanın tanınmış musiqi prodüseri Fil Spektor 2003-cü ildə onun malikanəsində içki məclisindən sonra qətlə yetirilən aktrisa Lana Klarksonun ölümündə təqsirli bilinir. Bu barədə “Nyu-York Tayms” qəzeti yazır.
68 yaşı olan F.Spektoru ən azı 18 il həbs cəzası gözləyir. Los-Anceles Ali Məhkəməsindəki araşdırmalar beş ay davam edib. Axır ki, Andlılar Məhkəməsi 27 saatlıq müzakirələrdən sonra prodüserin günahkar olduğunu etiraf edib. İttihamnamə F.Spektorun qadını qəzəb tutması zamanı güllələdiyini iddia edib. Vəkillər isə andlıları müttəhimin yalnız iintiharın şahidi olduğuna inandırmağa çalışıblar.
Bundan başqa, prodüser qanunsuz silah saxlamaqda da günahkar bilinib.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu, həmin işlə bağlı artıq ikinci məhkəmə araşdırmasıdır. Birinci proses 2007-ci ildə başa çatıb. O zaman andlılar artistin günahkar olması ilə bağlı hər hansı yekdil fikrə gələ bilməyiblər. Zaminə buraxılan F.Spektor altı ildən artıq bir müddətdə azadlıqda gəzib. Məlumatda bildirildiyi kimi, lakin andlıların qərarından sonra o dərhal həbs olunub.
"Məhkəmədə prosdüser məyus görünürdü. O əyninə göy rəngli uzun palto geyinmiş, al qırmızı rəngli qalstuk taxmışdı, uzun saçları dağılmışdı. Onu uzun onilliklər ərzində pop-səhnənin zirvələrində müşaiyət edən eynəyi ilə birgə cəsarəti də harasa yoxa çıxmışdı", - deyə "Nyu-York Tayms" yazır.
İclas zamanı F.Spektor vəkillərinə yalnız bir neçə söz pıçıldayıb və daha heç nə danışmayıb. Klerk məhkəmənin qərarını oxuyarkən F.Spektorun üzünün ifadəsi dəyişməyib.
F.Spektor dəbdəbəli orkestrləmə yaratmağa imkan verən “Səs divarları” adlanan kəşfi ilə məşhurdur. O, "Bittlz", "Rolinq Stounz", Tina Terner kimi məşhur musiqiçilərlə işləyib. Lakin sonralar şou-biznesi ataraq son illər publikaya özünü prodüser işlərindən daha çox qeyri-adi hərəkətlərilə tanıdıb.
Miss Klarksonun meyidi 2003-cü il fevralın 3-də F.Spektorun Los-Ancelesin ətrafında yerləşən Alqambredəki malikanəsinin foyesindən tapılıb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət