Artıq bir neçə ildir ki, mədəniyyət və incəsənət həvəskarlarını sevindirən «Buta» İncəsənət Mərkəzi Bakı tamaşaçılarına növbəti orijinal layihəsini təqdim edir. Aprelin 6-da Bakıda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində «Erisioni» Gürcüstan dövlət akademik mahnı və rəqs ansamblı çıxış edəcək.
Əsası 1885-ci ildə qoyulmuş «Erisioni» ansamblını «folklor muzeyi» adlandırılar. «Erisioni»nin kollektivi 2005-ci ildə özünün 120-ci ildönümünü qeyd etdi. Bu gün onun tərkibində müxtəlif nəsillərdən olan yüzə yaxın artist çalışır. 1999-cu ildə qərb prodüserləri – amerikalı Cim Lou və fransız Paskal Jordan – gürcü ansamblı ilə maraqlandılar və unikal şounun yaradılmasına böyük vəsaitlər yatırdılar. Prodüserlər öz seçimlərini əbəs yerə bu ansamblın üzərində saxlamamışdılar. Gürcü polifonik melodiyaları «Erisioni»nin ifasında hətta Gürcüstan kimi «oxuyan» bir ölkədə nümunə sayılır. İndi «Erisioni» özünün rəqs tamaşası ilə də öyünə bilər. Belə ki, bu tamaşa «etno-şou»nun «River Dance» və «Lord of the Dance» kimi ulduzlarından heç də geridə qalmır.
Ansamblın dünyada minlərlə pərəstişkarı var. «Erisioni»nin Avropada və ABŞ-da verdiyi konsertlərdə yüz minlərlə insan iştirak etmiş, bilet kassalarında isə bircə dənə də olsun bilet qalmamışdı. Qərb mətbuatı «Erisioni»nin yaradıcılığını şedevr adlandırmışdı. Dağlı qızı haqqında olan «Shatilis Asulo» mahnısının yer aldığı, reklam roliki kimi çəkilmiş videoklip nümayiş hüququ ilə satın alınmış və uzun müddət ərzində gündə bir neçə dəfə Fransanın dövlət kanalında efirə gedərək Avropa çartlarının zirvəsinə çıxmışdı.
Yaradılmasından bir il sonra «Tamara haqqında əfsanə» adlı şou əvvəlcə ABŞ-da, daha sonra isə – bu dəfə «Gürсü əfsanəsi» adı altında – Fransada, Belçikada və İsveçrədə ürəkləri fəth etdi. Moskva da diqqətdən kənarda qalmadı – «Erisioni»nin konsertləri Kreml sarayında tam anşlaqla keçdi. İndi də «Erisioni» Çinli tamaşaçıların zövqünə hakim kəsilib.
Musiqili stilistika və ya, daha dəqiq desək, «Erisioni»nin təqdimetmə forması «Deep Forest» fransız qrupunun yaradıcılığına yaxındır. Bu elektron qrup əsas kimi müxtəlif xalqların (Afrika, Balkan, Hindistan) folklorundan istifadə etsə də, onu müasir işləmədə təqdim edir. Təəccüblü deyil ki, «Erisioni» kollektivinin prodüseri fransız Paskal Jordandır. Məhz o, bu ansamblı özü üçün hələ 1999-cu ildə Tbilisidə kəşf etmiş və onun əsasında müasir yüksək səviyyəli şou yaratmağı qərara almışdı.
«Buta» İncəsənət Mərkəzinin Direktoru cənab Nəsib Piriyev konsert proqramını şərh edərək deyib: «Fəaliyyət sahələrindən biri də Azərbaycanın digər ölkələrlə mədəniyyətlərarası əlaqələrin dəstəklənməsi və böyük əcnəbi kollektivlərin Bakıya qastrol səfərlərinin təşkili olan «Buta» İncəsənət Mərkəzi Bakı tamaşaçılarına növbəti maraqlı konsert proqramını təqdim etməyə şaddır. Əminəm ki, «Erisioni» ansamblının Bakıdakı çıxışı hamının xoşuna gələcək və uzun müddət yaddaşlarda qalacaq».
“Buta” İncəsənət Mərkəzi haqda:
2004-cü ildə Azərbaycan incəsənətini təbliğ edən mərkəz kimi yaradılmış “Buta” İM hazırda bütün dünyadan olan mədəniyyət nümayəndələri ilə əməkdaşlıq edir və incəsənət və mədəniyyət sahəsində böyük beynəlxalq tədbirlərdə iştirak edir. “Buta” İM-in Azərbaycan incəsənətini bütün dünyada məşhurlaşdırmaq istəyi və Mərkəzin bu istiqamətdə gördüyü işlər artıq öz bəhrəsini vermişdir – mərkəzin fəaliyyəti nəticəsində xaricdə hər il daha çox insan Azərbaycanın zəngin mədəniyyəti haqda öyrənir. 2010-cu ildə Mərkəz 5 illiyini Londonda Azərbaycan İncəsənətinin 100 günlük Festivalı ilə qeyd etmişdir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət