İngiltərənin aparıcı maliyyə nəşrlərindən hesab olunan “World Finance Review” jurnalı son nömrəsində Azərbaycan Metanol Şirkəti (AzMeCo) haqda material dərc edib.
Jurnalda nəşr edilən məqalədə Azərbaycanda son illər ərzində yer alan iqtisadi inkişafdan söz açılır və ölkəmizin makroiqtisadi islahatlar nəticəsində sabit inkişaf proqramı ilə irəlilədiyi bildirilir.
“Gələcək Üçün Təmiz Enerji” adlı məqalədə AzMeCo şirkətinin Azərbaycanda iri miqyaslı layihələri maliyyələşdirib həyata keçirdiyi diqqət önünə çəkilir. 2007-ci ildə əsası qoyulan AzMeCo şirkətinin dinamik inkişaf siyasəti yürüdərək Xəzər Dənizi hövzəsində beynəlxalq karbohidrogen investisiyaları ilə regionda ilk metanol zavodunun tikintisinə investisiya yönəltdiyi bildirilir.
Məqalədə AzMeCo şirkətinin Qaradağda tikilən metanol zavodunun ildə 561 min ton metanol istehsal etmək gücünə malik olacağı vurğulanır və qeyd olunur ki, gələcəkdə istehsal prosesində atmosferə atılan karbon dioksidinin (CO2) toplanması və utilizasiyası yolu ilə istehsal gücünun ildə 720 000 tona çatdırılması planlaşdırılır.
Jurnal AzMeCo-nun Azərbaycandakı metanol layihəsini unikal və yenilikçi adlandırır. Bildirilir ki, zavod hər şeydən əvvəl yüksək təhlükəsizlik standartlarına malikdir – zavodun üçqat təhlükəsizlik sistemi mövcuddur və o, 9 bal gücünə qədər zəlzələyə davam gətirə bilər. Jurnal bu faktın digər yerli sənaye müəssisələri üçün də yaxşı nümunə olduğunu və onları təhlükəsizlik və ekoloji cəhətdən təmiz istehsal proseslərini təmin etməyə sövq etdiyini qeyd edir.
Məqalədə həmçinin layihənin reallaşmasının Azərbaycanın iqtisadi inkişafına öz töhfəsini verəcəyi vurğulanır. Xüsusilə, layihənin Qaradağda neft-kimya klasterinin inkişafını stimullaşdıracağı, bunun da ölkədə daha çox investisiya qoyuluşlarına və yeni iş yerlərini yaranmasına şərait yaradacağı bildirilir.
AzMeCo Şirkətlər Qrupunun İcraçı Direktoru cənab Nəsib Piriyev jurnala müsahibəsində metanol zavodunun ilk növbədə ölkəmizin iqtisadiyyatına və qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərəcəyini qeyd edib. O, metanolun gələcəkdə alternativ enerji mənbəyi və benzin komponenti kimi Azərbaycanda da geniş şəkildə istifadə olunacağına ümid etdiyini bildirib.
Qeyd etmək lazımdır ki, Azərbaycan şirkəti haqda dünyanın aparıcı maliyyə nəşrlərindən birində belə materialın dərc edilməsi ölkəmizin dünyada müsbət imicinin möhkəmlənməsinə xidmət edir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət