Beynəlxalq Sığorta Şirkəti tərəfindən müştərilərə göstərilən sığorta xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində, Şirkətin İddialar Departamenti Bakının Murtuza Muxtarov küçəsi, 188 ünvanında (OMD üşaq xəstəxanası yaxınlığında) yerləşən yeni ofisə köçürülmüşdür.
İddialar departamentində 25-dən çox əməkdaş çalışır. Departamentin sığorta hadisələri barədə müraciətləri qəbul edən dispetçerləri, hadisə yerinə yetişən qəza komissarları və tibbi sığorta üzrə müştərilərə məsləhətlər verən və istiqamətləndirən həkim-koordinatorlar müştərilərə həftənin 7 günü, 24 saat fasiləsiz olaraq xidmət göstərməkdədir.
Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin sədri Məmməd Sadıx Məmmədov bu barədə məlumat verərkən bildirmişdir: “Şirkətin müsbət nüfuzuna təsir edən ən vacib amillərdən biri xidmət səviyyəsidir. Buna görə də yeni ofisdə müştərilər üçün ən rahat şərait yaratmağa çalışdıq. Yeni ofis böyük otaqlar, rahat gözləmə yerləri, müasir təchizat və geniş maşın dayanacağı kimi üstünlüklərə malikdir. Digər tərəfdən isə yeni ofislə baş ofisin yaxın yerləşməsi bir sıra prosesləri tezləşdirir. Bu isə, nəticədə, bizim sığortalıların vaxtına qənaət edir”.
Müştərilərin rahatlığı üçün İddialar departamenti ilə həm köhnə telefon nömrələri – (012)564-07-79; 564-07-69, həm də yeni telefon nömrələri ilə – (012) 436-73-30; 436-73-31; 436-73-32 əlaqə saxlamaq olar. Qısa telefon nömrəsi -*1001- dəyişməz olaraq qalır.
Qeyd etmək lazımdır ki, Beynəlxalq Sığorta Şirkəti Azərbaycanın sığorta bazarının böyük sığorta şirkətlərindən biridir. Şirkət Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2002-ci ildə təsis edilmişdir və hazırda müştərilərinə 34 növ sığorta xidməti göstərir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət