Sentyabrın 18-də Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhərinin qardaşlıq əlaqələrinin 35 illiyi ilə əlaqədar Sumqayıta gələn nümayəndələr – Sumqayıt-Lüdviqshafen Dostluq Cəmiyyətinin sədr müavinii Peter Lubenau və Lüdviqshafenin şəhər merinin müavini Klaus Dillinger «Azərikimya» İstehsalat Birliyində olmuşlar.
Görüş zamanı Birliyin Müşahidə Şurasının sədri Muxtar Babayev qonaqlara ARDNŞ-in tərkibində fəaliyyət göstərən «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində istehsal edilən kimyəvi məhsullar, onların ixrac coğrafiyası, son illərdə aparılan yeniləşmə və müasirləşmə prosesləri, yaxın və uzaq perspektivlər haqqında geniş məlumat vermişdir. Bildirilmişdir ki, istehsalata müasir, yüksək səmərəli avadanlığın, innovasiya texnologiyalarının tətbiqini prioritet istiqamət kimi götürən «Azərikimya» kollektivi neft-kimya sənayesində yüksək alman texnologiyasından istifadəyə də xüsusi diqqət yetirir.
Nəzərə çatdırılmışdır ki, Azərbaycan kimyaçıları son dövrlərdə məhsul istehsalı, onun həcminin və keyfiyyətinin yaxşılaşdırılması ilə yanaşı ətraf mühitin mühafizəsinə, ekologiyanın qorunmasına da diqqəti xeyli artırmışdır. Bu sahədə Almaniyanın, o cümlədən Lüdviqshafenin ekoloq-mütəxəssisləri də «Azərikimya»nın mütəxəssisləri ilə birgə xeyli faydalı işlər görmüşlər.
Görüşdə Almaniyalı qonaqlara «Azərikimya»nın perspektiv layihələri barədə slaydlar və videosüjetlərlə ətraflı məlumat verilmiş, Sumqayıtın sənaye zonasında ekologiyanın yaxşılaşdırılması və sutəmizləyici qurğular sisteminin daha effektli şəkildə yenidən qurulması sahəsində gələcəkdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və s. məsələlər barədə müzakirələr aparılmışdır.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət