Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu “Təmiz Şəhər” ASC-yə təhvil verildiyi ilk gündən etibarən poliqon ərazisində bərpa və yenidənqurma işləri ilə yanaşı, ətraf mühitin vəziyyəti öyrənilir, ekoloji monitorinqlər aparılır.
2012-ci ilin 3-cü rübündə aparılmış monitorinqlər nəticəsində Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunda ətraf mühitə təsir parametirlərində müsbət dinamika müşahidə edilmişdir. Belə ki, su və səth torpaq örtüyündə ağır metalların, havada kimyəvi birləşmələrin miqdarının azalması müşahidə olunmuşdur. Ətraf mühitin monitorinqi göstərir ki, havada PM10 tozlarının miqdarı aşağı düşmüş, ağır metalların miqdarında da xeyli azalma müşahidə olunmuşdur. HF (Hidrogen-flüorid), HCl (Hidrogen-xlorid), SO2 (Kükürd dioksidi) və CO (Dəm qazı) qazlarının isə yol verilən qatılıq həddində olduğu müəyyənləşdirilmişdir. Ümumilikdə poliqon ərazisində havanın tərkibindəki zərərli elementlərin miqdarında xeyli azalma müşahidə olunmuşdur.
Əvvəllər su nümunələrində bəzi elementlərin miqdarı çox olsa da görülmüş işlər nəticəsində bu elementlərin miqdarı yol verilən həddə çatdırılmışdır. Su nümunələrinin əvvəlki illərlə müqayisəli analizi ağır metalların suda miqdarının yol verilən həddə olduğunu göstərir.
Torpaqda ağır metalların azalması uzun sürən prosesdir. Buna baxmayaraq, poliqonda aparılan məqsədyönlü işlər nəticəsində ağır metalların miqdarında azalma tendensiyası müşahidə olunmuşdur.
Qeyd edək ki, ekoloji monitorinqin nəticələri ictimaiyyətə açıqdır və bununla bağlı ətraflı məlumatı Səhmdar Cəmiyyətin ofisində fəaliyyət göstərən tullantıların idarə edilməsi üzrə Məlumat və Resurs Mərkəzindən əldə etmək olar.
Mətbuat Xidməti
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət