Rusiya Federasiyasının NATO-da daimi nümayəndəsi Aleksandr Qruşko bəyan edib ki, NATO-nun “Patriot” raket komplekslərinin Suriya-Türkiyə sərhədində yerləşdirilməsi Rusiyanı narahat edir.
Jurnalistlərlə görüş zamanı o qeyd edib ki, “bu Suriyada baş verən hadisələrə Alyansın cəlb edilməsi istiqamətində açıq addımdır”.
NATO-nun Baş katibi ilə Brüsseldə keçirilən görüş zamanı və səfirlər səviyyəsində Rusiya-NATO Şurasının iclasında o “Suriya ilə sərhəddə “Patriot” raket kompleksləri yerləşdirmək barədə Türkiyənin NATO-ya sorğusu ilə əlaqədar təşvişləri təşkilat üzvlərinin nəzərinə çatdırıb”.
“Əvvəllər Alyans rəhbərliyi dəfələrlə bəyan edib ki, Suriya – Liviya deyil və NATO burada özü üçün heç bir rol gprmür. Lakin, raket komplekslərinin yerləşdirilməsi - Suriyada baş verən hadisələrə NATO-nun cəlb edilməsi istiqamətində açıq addımdır. Sərhəddə insident və ya təxribat baş verəcəyi halda bu cəlb edilmə artan və dönməzdir”, - deyə o vurğulayıb.
Rusiyanın daimi nümayəndəsinin sözlərinə görə, Moskva “NATO-nun rəsmi şəxslərinin bu problemə dair fikirlərini diqqətlə izləyir”.
“Biz NATO-nun qəbul etməyi planlaşdırdığı qərarın yalnız müdafiə xarakteri daşıdığını, Suriya-Türkiyə sərhədində gərginliyin aradan qaldırılmasına yönəldiyini, NATO-nun həmin bölgəni uçuşa qadağan elan edilməsinə dair planları olmadığını nəzərə almışıq”, - deyə A.Qruşko vurğulayıb.
“Eyni zamanda Rusiyanın fikrincə, Suriyada etibarlı və davamlı nizamlanmağa nail olmaq üçün hərbi gücün nümayiş edilməsi tələb edilmir. Cenevrə sənədi ilə nəzərdə tutulan siyasi prosesin işə salınması məqsədilə bütün tərəflərlə ünvanlı və fəal iş aparmaq lazımdır”, - deyə Rusiyanın daimi nümayəndəsi qeyd edib.
“Hesab edirik ki, Suriya münaqişəsinin hərbi yolla həlli mövcud deyil. O yalnız siyasi yolla həll oluna bilər”, - deyə o qeyd edib.
Dekabrın 4-də Brüsseldə keçiriləcək xarici işlər nazirləri sammiti çərçivəsində Rusiya-NATO şurası iclasında Suriya ilə bağlı məsələnin müzakirəsi gözlənilir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət