ABŞ Çini Şimali Koreyanın raket buraxmasına sərt reaksiya göstərmək üçün inandırmağa çalışır.ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland cümə axaşamı brifinqdə belə bildirib.
BMT Təhlükəsizlik Şurası (TS) Pxenyanı raket buraxılışı ilə əlaqədar ittiham edib və hazırda qətnamə üzərində çalışır. ABŞ-ın fikrincə bu Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirəcək.
BMT diplomatlarının qeyd etdiyi kimi,ABŞ və onun müttəfiqləri Çinin çox sərt qətnamə və sanksiyalar tətbiq etməyəcəyindən ehtiyatlanırlar.
ÇXR XİN-in rəsmi nümayəndəsi Xun Ley bir gün əvvəl qeyd edib ki, “Çin tərəfi hesab edir ki, BMT-nin TŞ-nın reaksiyası yetərli və mülayim, Koreya yarımadası rayonunda sülh və sabitliyin qorunmasına kömək etməli və vəziyyətin gərginləşməsi üçün yeni əsas verməməlidir”.
Çinin ingilisdilli qəzeti “Qlobal tayms” Şimali Koreyanın raket buraxılşından sonra dərc etdiyi məqalədə belə qeyd edir.”Vəziyyət göstərdi ki,Çinin region ölkələrinə təsir göstərmək imkanları məhdududur. Bütün tərəflər özlərinə məxsus rol oynayırlar, hətta bu başqa ölkələrin maraqlarına zərər versə belə, təhlükəsizliyin qorunmasının özlərinə faydalı olan üsuluna can atırlar ki, bu da onların sərt reaksiyasına səbəb olur. Bu cür dövri yanaşma Şimal Şərqi Asiyada ümumi təhlükəzizliyi təhdid altında qoyur”.
“Çin hazırda çətin seçim qarşısındadır- O ABŞ, Yaponiya, Cənubi Koreya ilə birləşərək Şimali Koreyanı ittiham etməli və ona qarşı sanksiyalar tətbiq etməyə dəyərmi sualı ilə üzləşib.Çinin necə hərəkət edəcəyindən asılı olmayaraq bu hamını qane edə bilməz .Real problem ondadır ki, onun qonşu ölkələrdəki vəziyyətə təsir göstərəcək gücü yoxdur”,- deyə qəzet yazır.
Qəzet daha sonra yazır. “Çin strateqləri Çinin Koreya yarımadasına qarşı yeni siyasət yürütmək lazım olubolmaması sualı üzərində düşünürlər”
“Çinin gücü-onun milli təhlükəsizliyinin həll edici amilidir.Əgər o regional siyasətdə inqilabi dəyişikliyə getsə, bununla siyasətinin məntiqsizliyini sübut etmiş olacaq və nüfuzunu aşağı salacaq. Bu şərtlər altında Çin ABŞ, Yaponiyavə Cənubi Koreya ilə Şimali Koreyaya qarşı əməkdaşlıq mövqeyini tutmamalıdır.Çin bu üç dövlət tərəfindən hazırlanan radikal qətnaməyə veto qoyacaq. Digər tərəfdən Şimali Koreya öz hərəkətlərinə görə cavab verməlidir”,- deyə qəzet əlavə edir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət