19 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən təməli qoyulmuş Balaxanı Sənaye Parkının yeni internet səhifəsi (www.bsp.az) fəaliyyətə başlamışdır. “Təmiz Şəhər” ASC tərəfindən istifadəyə verilmiş internet səhifə ölkəmizdə tullantıların emalı sahəsində ilk sənaye parkının fəaliyyətinin işıqlandırılmasına xidmət edəcəkdir.
Yenicə istifadəyə verilmiş internet səhifəsində sənaye parkının məqsəd və vəzifələri, potensial sahibkarlar üçün investisiya güzəştləri və faydaları haqqında geniş və müfəssəl məlumatlar yerləşdirilmişdir. Sənaye parkı ilə maraqlananlar internet səhifəsində parkın infrastrukturu və üstünlükləri, bu sahədə qanunvericilik, investisiya güzəştləri, ölkəmizdə yaşıl biznesin inkişafı sahəsində irəliləyişlər, yeniliklər və ən son xəbərlərlə haqqında məlumat ala bilərlər. Həmçinin istifadəçilər sənədlər bölməsinə daxil olaraq sənaye parkının baş planı ilə tanış ola və ətraflı infrastruktur məlumatları əldə etmək üçün parkın elektron broşurunu yükləyə bilərlər.
Habelə yaşıl biznes sahəsində fəaliyyət göstərmək istəyən sahibkarlar elektron formanı dolduraraq onlayn şəkildə müraciət edə və Balaxanı Sənaye Parkında əlverişli şərtlərlə istehsal sənayelərini qura bilərlər.
Qeyd: Balaxanı Sənaye Parkı “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında”Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 1947 nömrəli sərəncamına əsasən “Təmiz Şəhər” ASC tərəfindən təsis edilmişdir. Parkın yaradılmasında əsas məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqla ölkədə yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesinin inkişaf etdirməkdir. Parkın başlıca faydaları bir istehsal sahəsinin tullantısının digər istehsal sənayesində xammal kimi istifadə olunması, təkrar emal nəticəsində təbii resurslara və enerjiyə qənaət olunması, xammal idxalı asılılığının azaldılması olacaqdır.
Mətbuat Xidməti
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət