KXDR-in ABŞ və Cənubi Koreyaya ünvanladığı hədələr regionda sülhün təmin edilməsi üzrə cəhdləri təhlükə altında qoyur və bu ölkənin tədric edilməsinin güclənməsinə aparıb çıxaracaq.ABŞ Dövlət Departamentinin rəsmisi Patrik Ventrell belə bəyan edib.
“KXDR təhdidlərlə heç bir şeyə nail olmayacaq, KXDR-nın səsləndirdiyi təhdidlər onun daha da təcrid edilməsinə və Şimali-Şərqi Asiyada sülh və sabitliyin təmin edilməsinə yönəlmiş beynəlxalq cəhdlərin boşa çıxmasına səbəb olacaq”.- deyə diplomat brifinqdə bildirib.
O qeyd edib ki, “Şimali Koreyanın barışmaz ritorikası və təhdidləri gərginlik və qorxunun artırılmasına yönəlmiş siyasətin n göstəricisidir”.
P. Ventrell deyib: “ABŞ özünü və mütəffiqlərini tam mənada Şimali Koreyanın hücumlarından qorumağa qadirdir.Biz Koreya Respublikasının və Yaponiyanın müdafiəsinin təmin edilməsi üzrə öhdəliklərimizi bir daha təsdiqləyirik”.
O bu bəyanatı Pxenyanın ABŞ hərbi bazalarına zərbə endirmək barədə təhdidlərinə cavab olaraq verib.
Koreya Mərkəzi Teleqraf Agentliyinin çərşənbə axşamı məlumat verdiyi kimi KXDR öz raket artilleriyasını və uzaqvuran toplarını döyüş hazırılığı vəziyyətinə gətitirb.
Bundan başqa, agentliyin məlumatına əsasən, hərbi raket hissələrinə ABŞ-ın qitə ərazisinə, eləcə də Quam və Havay adalarına zərbələr endirmək barədə əmr verilib.
Agentliyin məlumatına əsasən, KXDR hakimiyyəti bununla “ordunun gücünü və Şimali Koreya xalqının öz liderinin və ölkəsinin suverenliyinin keşiyində hərbi əməliyyatlar vasitəsi ilə dayana bilmək istəyini nümayiş etdirmək niyyətindədir.
Bununla yanaşı xəbər verildiyi kimi, Pentaqon Pxenyanın bu təhdidlərinə ciddi yanaşır.Pentaqonun rəsmi nümqayəndəsi Corc Littl belə bəyan edib.
“Biz Şimali Koreyanın səsləndirdiyi bəyanat və hədələrdən narahatlıq duyuruq.Biz onların söylədiklərinə və etdiklərinə ciddi yanaşırıq”,- deyə o bildirib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət