Xəzərdə, eləcə də Volqa, Kiqaç və Ural çaylarında Qazaxıstan, RF və Azərbaycan sərhəd idarələrinin iştirakı ilə “Putina-2013” birgə əməliyyat-profilaktik tədbirləri davam etdirilir.
“Əməliyyatların keçirildiyi 10 gün ərzində 13930 metr tor aşkarlanaraq məhv edilib, dənizdə 28 qanun pozucusu saxlanılıb”, - deyə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) Sərhəd Xidmətinin cümə günü yayılmış məlumatında bildirilir.
Məlumata görə, tədbirlər zamanı 300 ədəddən çox balıq, o cümlədən nərə fəsiləsindən təxminən 250, sıx torla tutulan 60 ədəd balıq, eləcə də 30 ədəd suiti cəmdəyi müsadirə edilərək dövlət orqanlarına təhvil verilib və ya yararsız vəziyyətdə olması ilə əlaqədar məhv edilib. 9 ədəd üzmə vasitəsi aşkarlanaraq götürülüb.
“Qazaxıstan MTK Sərhəd Xidməti ilə birgə bu cür tədbirlər 2002-ci ildən etibarən balıqların kürütökmə dövründə həyata keçirilir. Belə əməliyyatlar şübhəsiz ki, Xəzər dənizinin Qazaxıstan hissəsinin flora və faunasını qorumağa kömək edir”, - deyə Sərhəd Xidmətində qeyd edilib.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət