24 aprel 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir. Bu sənədə əsasən Azərbaycanda sənaye parkının yaradılması, onun fəaliyyətinin təşkili, idarə olunması və inkişafı, sənaye parkının rezidentlərinin fəaliyyəti, stimullaşdırıcı tədbirlər və digər aidiyyatı müddəalar əks olunmuşdur. Bu sənədin təsdiqi Azərbaycanda sənaye parklarının inkişafını sürətləndirəcək ki, bu da innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının artımına təkan verəcək, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektrorunun davamlı inkişafını təmin edəcək, əhalinin istehsal sahəsində məşğulluğunun yüksəlməsinə nail olacaq.
19 dekabr 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən Balaxanı Sənaye Parkının təməli qoyulmuşdur.
Balaxanı Sənaye Parkı ilə bağlı bu günədək bir çox işlər görülmüşdür. Belə ki, dünyada tanınmış beynəlxalq məsləhətçi şirkət olan Ernst&Young şirkəti tərəfindən Parkın texniki-iqtisadi əsaslandırılması sənədi hazırlanmışdır. Sənəddə texniki, maliyyə və əməliyyat işləri üzrə meyarlar və istiqamətlər öz əksini tapmış və tövsiyələr yer almışdır.
Balaxanı Sənaye Parkı üzrə idarə edici təşkilat olan “Təmiz Şəhər” ASC tərəfindən Balaxanı Sənaye Parkı üçün ayrılmış 7 hektarlıq ərazisində geoloji tədqiqat işləri aparılmış, tikinti-inşaat işlərinə hazırlıq məqsədi ilə torpaq işləri görülmüş və hasarlanma işləri aparılmışdır.
Hazırda Parkın tikinti işləri üzrə layihə-smeta sənədləri hazırlanır və yaxın vaxtlarda Balaxanı Sənaye Parkının tikintisi, daxili və xarici infrastrukturun əsaslı qurulması işlərinə başlanılacaqdır. Balaxanı Sənaye Parkında qurulacaq infrastruktur və binalar müasir sənayenin tələblərinə tam cavab verəcəkdir.
Eyni zamanda Balaxanı Sənaye Parkına investorların cəlb olunması üzrə geniş tədbirlər görülür. Sənaye parklarının təşviqi məqsədilə potensial rezidentlər üçün vergi güzəştləri tətbiq edilmişdir. 2013-cü il 19 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş Vergi Məcəlləsində dəyişikliklərin edilməsi haqqında qanunu ölkədə təkrar sənaye biznesinin inkişafı sahəsində maraqlı investorlar üçün əlverişli şərait yaradır. Balaxanı Sənaye Parkının coğrafi mövqeyi, nəqliyyat qovşağına yaxın məsafədə yerləşməsi, həm daxili, həm də xarici bazarlara yaxınlığı əldə edilmiş təkrar xammal və ya istehsal edilmiş məhsulların asanlıqla son istifadəçiyə çatdırmağa imkan verir. Habelə, Parkın daxili və xarici infrastrukturu sahibkarlar üçün böyük üstünlükdür. Rezidentlər elektrik, su, kanalizasiya, qaz və istilik təchizatı, telefon xətti, ADSL internet bağlantısı kimi kommunal xidmətlər və yük maşınları üçün tərəzi, anbar, bank, poçt, təmir emalatxanası və s. daxili xidmət vasitələrindən faydanlanacaqlar. Parkın əsasnaməsinə əsasən sahibkarların müraciətlərinə “vahid pəncərə” prinsipinə əsasən 3 gün ərzində baxılır və cavablandırılır. Həmçinin rezidentlər əlverişli şərtlərlə qısa və uzunmüddətli kredit almaq imkanı əldə edirlər.
Bunlara dəstək olaraq “Təmiz Şəhər” ASC tərəfindən geniş təşviqat işlərinə başlamışdır. Bu məqsədlə parkın korporativ təşviqat materialları hazırlanmış və bir sıra beynəlxalq və yerli tədbirlərdə ölkəmizdə təkrar emal biznesi ilə məşğul olmaq istəyən investorlara paylanır. Həmçinin ölkəmizdə tullantıların emalı sahəsində ilk sənaye parkı barədə ictimai məlumatlılığın artırılması və şəffaflığın təmin edilməsi məqsədilə Parkın rəsmi internet səhifəsi (www.bsp.az) azərbaycan və ingilis dillərində istifadəyə verilmişdir. Səhifədə sənaye parkının məqsəd və vəzifələri, potensial sahibkarlar üçün investisiya güzəştləri və faydaları haqqında geniş və müfəssəl məlumatlar yerləşdirilmişdir. Bundan əlavə, potensial rezidentlər Balaxanı Sənaye Parkında fəaliyyət göstərmək üçün Parkın rəsmi internet səhifəsində yerləşdirilmiş elektron qeydiyyat forması vasitəsi ilə müraciət edə bilərlər. Artıq bir sıra yerli və xarici şirkətlərlə əlaqələr qurulmuşdur. Türkiyə, İsrail, Almaniya, Cənubi Koreya, Latviya, Portuqaliya, İtaliya kimi ölkələrin təkrar emal sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərlə danışıqlara başlanmışdır. Şirkətlər Balaxanı Sənaye Parkının hədəf sənayeləri olan plastik, təkər, elektrik və elektron avadanlıqlar, akkumlyator, əlvan metal, kabel və digər tullantılarının emalı sahələrinə maraq göstərirlər.
Xatırladaq ki, Balaxanı Sənaye Parkı “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında”Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli, sərəncamına əsasən yaradılmaqdar. Parkın yaradılmasında əsas məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqla ölkədə yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesinin inkişaf etdirməkdir.
Balaxanı Sənaye Parkında yaşıl biznes sənayəsini inkişaf etdirmək istəyən müəssisələr üçün bütün lazımi şərait yaradılacaqdır. Beləliklə, bir istehsal sahəsinin tullantısının digər istehsal sənayesində xammal kimi istifadə olunacaq, təkrar emal nəticəsində təbii resurslara və enerjiyə qənaət olunacaq, ölkədə xammal idxalından asılılıq azalacaqdır. Azərbaycan hökumətinin yaşıl biznesi, o cümlədən təkrar emal sənayesini bu cür dəstəkləməsi bu sahələrin surətlə inkişafına gətirib çıxaracaqdır ki, bu da ölkə iqtisadiyyatının çox şaxəli inkişafı ilə yanaşı, ətraf mühit və insan səhhətinə mənfi təsirləri və riskləri azaltmış olacaq.
Mətbuat Xidməti
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət