Cinayətkar qrupun iştirakçısı, Rusiya Federasiyasının bir sıra subyektlərinin ərazisində silsilə terror aktlarının törədilməsində şübhəli bilinən şəxs Dağıstanda həbs edilib. Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi bazar ertəsi məlumat verib.
“Cinayətkar qrupun iştirakçısı 35 yaşlı İlnur Ahmetşin 2005-ci ildən federal axtarışda olub. O, iyunun 2-də Dərbənd şəhərində “Yaraq-Kazmalyar” sərhəd keçid məntəqəsində saxta pasportla Rusiya ərazisindən Azərbaycana keçməyə çalışarkən saxlanılıb”, - deyə məlumatda qeyd olunur.
İstintaqın versiyasına əsasən, 2003-cü ildə İlnur Ahmetşin dini səbəblərdən terror yönümlü mütəşəkkil cinayətkar qrupun tərkibinə daxil olub.
2004-cü il noyabrın 8-dən 2005-ci il iyunun 28-dək cinayətkar qrupun iştirakçıları əldəqayırma partladıcı qurğulardan istifadə edərək Volqayanı federal dairəsinin bəzi regionlarının ərazisində – Tatarıstan, Kirov, Ulyanovsk və Samara vilayətləri, Başqırdıstanda yanacaq-energetika kompleksi obyektlərində (neft məhsulları kəməri, qaz kəməri, elektrik yarımstansiyalar, elektrik ötürücü xətləri) 11 partlayış törədiblər. Müəyyən edilib ki, İ.Ahmetşin 5 partlayışın törədilməsində iştirak edib.
“Qrup iştirakçıları müsəlmanların yaşadığı yerlərdə partlayışlar həyata keçirərək hüquq-mühafizə orqanlarını bu təbəqədən olan əhaliyə qarşı yönəlməyə təhrik etmək və qeyd olunan sosial qrupun aqressiv cavab reaksiyasına səbəb olmaqla ölkədə sosial-siyasi vəziyyəti pozmaq niyyətində olublar”, - deyə məlumatda vurğulanır.
Volqayanı federal dairəsi üzrə RF İstintaq Komitəsinin İstintaq İdarəsi İ.Ahmetşin barəsində cinayət işinin araşdırılmasını bərpa edib. O, RF-nin müxtəlif subyektlərinin ərazisində silsilə terror aktları törətməkdə, qanunsuz silah, sursat və partladıcı maddə daşımaqda və saxlamaqda, həmçinin digər ağır və xüsusi ağır cinayətlərdə ittiham olunur (RF CM-in 210-cu maddəsinin 2-ci hissəsi, 222-ci maddəsinin 3-cü hissəsi, 223-cü maddəsinin 3-cü hissəsi, 205-ci maddəsinin 3-cü hissəsi).
Saxlanıldıqdan sonra sərhəd orqanları tərəfindən onun barəsində dövlət sərhədini qanunsuz keçmə cəhdi və saxta pasportdan istifadə faktı üzrə yeni cinayət işi açılıb. Müstəntiqin vəsatəti əsasında İ.Ahmetşin barəsində həbs qətimkan tədbiri seçilib. Məlumatda qeyd olunur ki, cinayət işlərinin birləşdirilməsi məsələsi həll edilir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət