Hazırda bir çox dünya ölkələrində digər təbii resurslarla yanaşı, tullantılar ən önəmli enerji mənbəyinə çevrilməkdədir. Tullantıdan enerji alınması tullantıların həcminin azaldılması, karbon emissiyalarının qarşısının alınması və yanacaq ehtiyatlarına qənaət baxımından effektiv alternativ enerji mənbəyidir. Avropanın bir sıra böyük şəhərlərində tullantıların yandırılması zavodları fəaliyyət göstərir. Ölkəmizdə də son illərdə bu sahədə önəmli addımlar atılmışdır.
Azərbaycan Diplomatik Akademiyasının Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən keçirilən Bakı Yay Enerji Məktəbinin 7-ci günü enerji və ətraf mühit mövzusuna həsr olunmuşdur.
Bu məqsədlə iyul ayının 12-də “Təmiz Şəhər” ASC tərəfindən ABŞ, İtaliya, Polşa, Türkiyə, Rumıniya, İsrail, Xorvatiya, Rusiya, Özbəkistan, Macarıstan, Cənubi Afrika Respublikası, Belçika, Estoniya və Hindistandan olan iştirakçıları tullantıdan enerji alınması prosesi və zavodun fəaliyyəti ilə əyani olaraq tanış etmək məqsədilə məlumat turu təşkil olunmuşdur.
“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov qonaqlara ölkədə tullantıların idarə olunması sahəsində görülmüş işlər, Cəmiyyətin fəaliyyəti haqqında geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, ölkədə ətraf mühitin qorunması və tullantıların idarə olunması sahəsinə böyük diqqət yetirilir. Bu sahədə əldə olunmuş nailiyyətlər sırasında Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun qısa müddət ərzində inşa edilərək istifadəyə verilməsi vurğulanmış, zavodun istehsalat gücünə görə Şərqi Avropa və MDB məkanında ən iri zavod olduğu qeyd edilmişdir.
Zavod haqqında film nümayiş etdirildikdən sonra iştirakçılar idarəetmə otağından əyani olaraq tullantıların yandırılması prosesini izləmiş, onlara müəssisənin iş mexanizmi izah edilmiş və qonaqları maraqlandıran suallar cavablandırılmışdır.
Qeyd edək ki, “Təmiz Şəhər” ASC tullantıların idarə olunması sahəsində əldə olunmuş nailiyyətlər haqqında əhalinin məlumatlandırılması məqsədilə Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına məlumat turlarını davam etdirəcəkdir. Turlarda iştirak etmək istəyənlər info@tamizshahar.az ünvanına məktub göndərə və ya +994124644111 telefonu ilə əlaqə saxlaya bilərlər.
Mətbuat Xidməti
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət