Bu gün – iyulun 16-da ARDNŞ-in Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinə (STTM) şagird qəbulu üzrə növbəti test imtahanları keçirilmişdir.
Sumqayıtın sənaye müəssisələrində, o cümlədən “Azərikimya” İstehsalat Birliyinin təşkilatlarında xüsusi ehtiyac duyulan müxtəlif peşələr - aparatçı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, kompressor qurğularının maşinisti, təmirçi-çilingər, nasos qurğularının maşinisti, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər, elektrik-qaz qaynaqçısı ixtisasları üzrə qəbul komissiyasına bu il ötən ilin ilk qəbulunda olduğundan daha çox – 370-ə yaxın sənəd daxil olmuşdur.
STTM-də tədris olunan 7 peşə üzrə cəmi 85 abituriyentin qəbul olunacağı nəzərə alınarsa, bu il hər ixtisas yeri uğrunda mübarizənin daha gərgin olacağı, müsabiqə yolu ilə yalnız daha yüksək texniki biliyə malik olanların bu texniki tədris mərkəzində peşə təhsili ala biləcəyi aydın olar.
İlk olaraq aparatçı ixtisasına yiyələnmək istəyən abituriyentlərin qrupunu STTM-in geniş auditoriyasında salamlayan “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputati Muxtar Babayev, ARDNŞ-in Təlim-Tədris və Sertifikatlaşdırma İdarə¬sinin rəisi Fuad Süleymanov onlara imtahanda uğurlar, seçdikləri peşələrin sirlərinə səylə və dərindən yiyələnməyi arzulamışlar. Sonra ARDNŞ-in xüsusi təyin olunmuş İmtahan Komissiyası tərəfindən abituriyentlərə test imtahanı şərtləri və qaydaları izah edilmiş, onlara müvafiq biletlər paylanılmışdır. Seçdikləri texniki peşələrə yiyələnmək arzusunda olan gənclər imtahan üçün ayrılmış müddət ərzində öz bilik və bacarıqlarını nümayiş etdirərək, riyaziyyat, kimya, fizika, tarix və ümumi dövlətçilik, həmçinin məntiqi təfəkkür fənnləri üzrə 70 suala cavab verməli olmuşlar. İmtahan zamanı daha yaxşı nəticə göstərənlərin STTM-ə qəbul edilməsində obyektivliyə nail olunması, yarana biləcık hər hansı bir anlaşılmazlığa aydınlıq gətirmək məqsədilə qəbul və imtahan komis¬siyalarından əlavə apellyasiya komissiyası da imtahan prosesində iştirak etmişdir.
İmtahandan müvəffəqiyyətlə keçən şagirdlər Sumqayıt Təlim-Tədris Mərkəzində seçdikləri ixtisaslar üzrə təhsil alacaqları 10 ay müddəti ərzində aylıq təqaüd, xüsusi geyim və gündəlik naharla təmin olunacaqlar. Onlar təhsillərini başa vuraraq, texniki peşəyə yiyələndikdən sonra “Azərikimya” İstehsalat Birliyinin təşkilatlarında, həmçinin ARDNŞ-in ehtiyac duyulan digər strukturlarında müvafiq işlə təmin olunacaqlar.
Diqqətəlayiqdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə ARDNŞ tərəfindən ötən il tikilib istifadəyə verilmiş və zəngin texniki bazaya malik olan STTM-i bu il müxtəlif ixtisaslar üzrə, həm də ən yeni texnologiyalar və müasir avadanlıqlar əsasında təhsil almış 100 nəfər gənc bitirmişdir. Onların ilk dəstəsi – 15 nəfər tornaçı 2 ay əvvəl müvəffəqiyyətlə buraxılış imtahanı verərək, diplomlu mütəxəssis-fəhlələr kimi artıq «Azərikimya» İB-nin müəssisələrində işə qəbul olunaraq əmək fəaliyyətinə başlamışlar. Məzunların qalan hissəsi isə bugünlərdə buraxılış imtahanları verəcəklər.
Bu gün ilk qəbul zamanı olduğundan daha çox qızların da fəhlə peşələrinə yiyələnmək istəyi ilə iştirak etdikləri imtahan iki mərhələdə aparılaraq başa çatdırılmışdır. Test imtahanlarının nəticələri yaxın günlərdə ARDNŞ-in saytında elan olunacaqdır.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət