Azərbaycan Beynəlxalq Bankı Bakı və Gəncə şəhərində xidmət olunan müştərilərinə onların rahatlığını təmin etmək məqsədi ilə unikal “R@ndevu” xidmətindən yararlanmağı təklif edir. “R@ndevu” xidməti müştərilərə vaxtlarına qənaət etmək, Bankın filiallarında sürətli xidmət olunmaq imkanını yaradan yeni bir xidmətdir.
“R@ndevu” vasitəsilə ABB-nin müştəriləri Banka gəlməmişdən bir gün əvvəl xidmət olunduqları filialda görüş təyin edə biləcəklər.
“R@ndevu” xidmətindən istifadə etmək üçün ABB-nin Məlumat Mərkəzinə (437 7900 və ya *2265 nömrələri ilə) zəng vurub və ya bankın internet səhifəsinə (randevu.ibar.az) daxil olub görüşün vaxtını, istənilən xidməti və öz əlaqə məlumatlarını bildirmək kifayətdir. Qabaqcadan görüş təyin etmiş müştərilər müəyyən edilmiş vaxt bankın filialına gələrkən, növbəsiz xidmət olunacaqlar. Qeyd edək ki, müştəri görüşə mütləq dəqiq vaxtında gəlməlidir, əks halda, ümumi növbədə xidmət olunacaqdır.
Hal-hazırda, “R@ndevu” xidməti Bankın Abşeron, Binəqədi, Səbail, Sənaye, Xətai, Qaradağ, Sabunçu, Mərkəzi, Nəqliyyat, Yasamal, Nərimanov, Nəsimi, Nizami, Gəncə filialları tərəfindən təklif olunur.
Qeyd edək ki, “R@ndevu” xidməti Azərbaycan Beynəlxalq Bankında tətbiq edilmiş Fransanın ESİİ şirkətinin istehsal etdiyi yeni “eSirius” növbələrin elektron idarə edilməsi sisteminin bir hissəsidir. Tətbiq edilmiş bu müasir elektron idarəetmə sistemi bankın xidmət şəbəkəsinə müraciət edən müştərilərə daha operativ və rahat şəkildə xidmət göstərməyə imkan verir. İlin sonuna kimi sistemin Bankın digər filial və şöbələrində (həm ölkənin paytaxtında, həm də regionlarda) tətbiqi həyata keçiriləcək.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət