“Norm” şirkəti Avropa Sement Tədqiqatları Akademiyasının (ECRA) üzvü oldu. Sement istehsalına yeni başlamış “Norm” şirkətinin beynəlxalq qurumlarla sıx əməkdaşlığı şirkət tərəfindən məhsulun keyfiyyətinə və etibarlılığına verilən yüksək önəmi nümayiş etdirir. Şirkət rəhbərliyi əmindir ki, bu yanaşma tərzi öz bəhrəsini verəcək və “Norm” şirkətinin sürətli artım və inkişafına xidmət edəcəkdir.
ECRA sementin istehsalı və betonda tətbiqi üzrə beynəlxalq miqyasda tanınmış qurumdur. Təşkilat mütərəqqi sement və beton texnologiyaları sahəsində yüksək səriştəyə malik olan elmi mərkəz kimi nüfuz qazanmışdır. Əsası 2003-cü ildə qoyulmuş Akademiya Almaniyanın Düsseldorf şəhərində yerləşir. Dünyanın 40-dan artıq aparıcı sement istehsalçısı, o cümlədən CRH, Heilderberg, CIMPOR, VICAT, Lafarge və s. kimi tanınmış şirkətlər ECRA-nın üzvü olub, qurumla uğurla əməkdaşlıq edir.
Akademiya sementin istehsalı və betonda tətbiqi üzrə tədqiqatların dəstəklənməsi, təşkili və həyata keçirilməsində Avropa sement sənayesi üçün bir platforma rolunu oynayır. ECRA-nın vəzifəsi sement sənayesində yenilikləri təşviq etmək və sürətləndirməkdən ibarətdir.
Təşkilata üzv olmaqda “Norm” şirkətinin məqsədi ən son beynəlxalq nailiyyətləri yerli sement istehsalı sənayesində tətbiq etməkdən və Azərbaycanı mötəbər Avropa qurumlarında təmsil etməkdən ibarətdir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət