Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili dünya informasiya bazarında fəaliyyətinin 15 illik yubileyi münasibətilə Caspian Energy İnternational Media Group-un oxucularını və redaksiya heyətini təbrik edib.
“1994-cü il - böyük təşəbbüslər ilidir. Azərbaycan və Gürcüstanın o vaxtkı Prezidentləri Heydər Əliyev və Eduard Şevardnadze Əsrin müqaviləsinin həyata keçirilməsi üzərində işləyirdilər. Onların bu işdə böyük xidmətlərini vurğulamamaq mümkün deyil. Onlar razılığa gəlməklə və bir-birləri ilə ümumi dil tapmaqla regionumuzun inkişafı üçün ciddi təməl qoydular”, - deyə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili bildirib.
“Biz Gürüstanın tərəqqisini əslində Xəzərlə Qara dənizi birləşdirən layihələrin gələcək inkişafında görürük. Onların həyata keçməsində əsas rolu Azərbaycan oynayır. Bu layihələrin inkişafı, Qərbə və Şərqə doğru genişlənməsi onların daha effektiv olmasının zəmanətidir. Üstəlik, bununla həm də bütün region ölkələrinin milli təhlükəsizliyi təmin olunacaq. Mən yalnız enerji layihələrindən deyil, həm də regionda sabitliyə təsir göstərən nəqliyyat layihələrindən bəhs edirəm”, - deyə o qeyd edib.
“Enerji və iqtisadi amillərin köməyi ilə bu layihələrdə iştirak edən dövlətlər avtomatik olaraq Gürcüstanın və Azərbaycanın sabitliyinə dəstək vermiş olur. Bu isə öz növbəsində kifayət qədər ciddi faktor hesab edilir. Çünki transmilli layihələrin inkişafı avtomatik olaraq layihələrin hər iki tərəfini özünə dost edir”, - deyə Gürcüstanın dövlət başçısı əlavə edib.
“Bu baxımdan səhifələrində beynəlxalq enerji və nəqliyyat layihələrinin inkişafından bəhs edən Caspian Energy olduqca gözəl beynəlxalq jurnaldır. Mən Caspian Energy jurnalının kollektivini və dünyanın 50 ölkəsindəki oxucularını bu əlamətdar tarix münasibətilə təbrik etmək və Sizə gələcək fəaliyyətinizdə yaradıcılıq nailiyyətləri və peşəkar uğurlar arzulamaq istəyirəm”, - deyə Giorgi Marqvelaşvili vurğulayıb.
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili 14 Noyabr 2014-cü il Tiflisdə keçiriləcək 2-ci Beynəlxalq Caspian Energy Forumunda iştirakını rəsmi olaraq təsdiq etmişdir.
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin eksklüziv müsahibəsi Caspian Energy jurnalının 85-ci sayında (mart-aprel 2014-cü il) dərc edilib.
Əlavə məlumat üçün:
Tel/Faks: (+994 12) 447 02 36/38, 447 21 86/87
E-mail: info@caspenergy.com; info@caspianenergy.net
URL: www.caspianenergy.net; www.caspianenergy.org; www.caspianenergyforum.com
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət