Caspian European Club-un baş icraçı direktor Telman Əliyevin rəhbərliyi altında nümayəndə heyətinin Gürcüstana səfəri zamanı Gürcüstanın Prezident Administrasiyası və hökumətüzvləri, o cümlədən ölkənin orta və iri biznes nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı biznes-hökumət dialoqunun inkişaf perspektivləri, iki ölkə arasında sərmayə imkanları barədə informasiya mübadiləsi müzakirə olunub.
Qeyd olunub ki, cari ilin noyabr ayında Tbilisida II Beynəlxalq Caspian Energy Forum – 2014 keçiriləcək. Üç hissədən ibarət bir günlük proqram nəzərdə tutulub. Birinci hissədə neft-qaz, enerji və ekologiya mövzularına toxunulacaq. Forumun ikinci hissəsi çərçivəsində qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian European Forum gerçəkləşdiriləcək. Həmin günün axşamı keçiriləcək ziyafət mərasimində Caspian Energy Award beynəlxalq mükafatı təqdim olunacaq.
Foruma Gürcüstanın Prezident Administrasiyası, Gürcüstanın Energetika nazirliyi, Gürcüstanın İqtisadiyyat və sabit inkişaf nazirliyi, SOCAR Energy Georgia, Georgian Oil and Gas Corporation və Caspian European Club rəsmi dəstək təqdim edib.
Forumun qızıl sponsorları - Pasha Bank Georgia LLC və Cross Caspian Oil&Gas Logistics LLC, gümüş sponsoru - Сaspian Well Services Georgia LTD, bürünc sponsorları - SNF Vostok LLC, Azertexnolayn LLC, Murphy Shipping and Commercial Services və Improtex Travel Tours&Conferences
Tbilisida baş nazir müavini, Gürcüstanın İqtisadiyyat və sabit inkişaf naziri Georgi Kvirikaşviliyə Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olundu.
Caspian European Club 2002-ci ilin iyun atında Caspian Energy International Media Group fəal iştirakı və Xəzər-Qaradəniz regionunda çalışan iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb.
Caspian European Club-un sədri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir.
Caspian European Club yarandığı gündən yarandığı gündən neft sahəsindən əldə olunan gəlirin qeyri-neft sektoruna sərməyələşdirilməsinə vasitəçilik edib.
Dünyanın 50 ölkəsi və 5 mindən artıq şirkət və təşkilatlarını öz sıralarında birləşdirən Caspian European Club, dövlət qurumları ilə özəl sektor arasında dialoqun yaranması istiqamətində aktiv işlər görür.
* Materialların, informasiyanın, məqalələrin, o cümlədən video- və audio- süjetlərin hazırlanması zamanı Caspian European Club-a istinad mütləqdir.
Əlavə məlumat almaq üçün müraciət edin:
Tel/faks: (+994 12) 447 02 36/38, 447 21 86/87
E-mail: info@caspianenergy.net; info@caspenergy.com
URL: www.caspianenergy.net;
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət