Bank VTB (Azərbaycan) öz müştəriləri üçün “Yaz hədiyyəsi” adlı yeni depozit aksiyasına start verib . Bu aksiya çərçivəsində “Zəmanətli” depoziti üzrə 12 ay müddətinə əmanət yerləşdirən müştərilər əlavə bonus faizləri qazanacaq.
Aksiyanın şərtlərinə əsasən hədiyyə bonusları sayəsində “Zəmanətli” əmanətin faiz dərəcəsi 12%-ə çatacaq. Bu fazilər rüblük ödənildiyi halda mümkün olacaq. Faizlər aylıq ödənildikdə əmanətin faiz dərəcəsi 11% təşkil edəcək. Bonuslar depozit müddətinin sonunda ödəniləcək. Aksiya çərçivəsində müştərilər 100 min manat və ya 125 min dollara qədər pul vəsaiti yerləşdirə bilər.
«Bu şərtlər həm manat, həm dollarla olan depozitlər üçün eynidir. Beləliklə, biz müştərilərimizə öz vəsaitlərini ən sərfəli, zəmanətli şərtlərlə yerləşdirmək imkanı yaradacaq. Bankımızın “Yaz hədiyyəsi” vəsaitlərini artırmaq istəyənlər üçün əla fürsətdir”, - deyə, bank VTB (Azərbaycan)-ın pərakəndə bizmesin inkişafı departamentinin direktoru Tural Vəliyev bildirib.
Aksiya 30 aprel 2015-ci il tarixinədək davam edəcək.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 E-mail: gulchin.qadirova@vtb.az www.vtb.az |
ASC VTB (Azərbaycan)
Mətbuat xidməti
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət