Tacikistan Avropa İttifaqı ölkələrinin etibarlı strateji tərəfdaşıdır və qlobal problemlərlə - terrorizm, ekstremizm və narkotrafiklə fəal şəkildə mübarizə aparır. Bunu cümə axşamı Tacikistan prezidenti Emoməli Rahmon söyləyib.
“Avropa İttifaqı müasir qlobal təhlükə və çağırışlara qarşı mübarizədə ön sırada dayanan Mərkəzi Asiya kimi vacib geosiyasi regionda Tacikistanı özünün etibarlı və strateji tərəfdaşı kimi görə bilər”, - deyə E.Rahmon AvropaXarici FəaliyyətXidmətinin baş katibinin müavini Helqa Şmidlə görüşdə bəyan edib.
Tacikistan liderinin mətbuat xidmətinin verdiyi məlumata görə, H.Şmid rəsmi Düşənbəyə Əfqanıstanda sabitliyin bərpa edilməsi işində göstərdiyi səylərə görə minnətdarlığını bildirib.
“Regionda sülh və sabitliyin hazırkı vəziyyətlə və Əfqanıstanın inkişaf perspektivləri ilə bağlı olmasını diqqətə çatdıran tərəflər qeyd ediblər ki, regionda siyasi, sosial və iqtisadi sabitliyin qorunması üçün regionun hərtərəfli inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə səy göstərmək lazımdır”, - deyə mətbuat xidmətindən bildirilib.
Avropalı siyasətçi Tacikistan prezidentini əmin edib ki, Aİ xalqın rifah səviyyəsinin yüksəlməsi və iqtisadi inkişafa dəstək göstərilməsi yolu ilə sülh və sabitliyin möhkəmlənməsi üçün köməyini davam etdirəcək.
1992-ci ildən Avropa İttifaqı Tacikistana humanitar yardım, texniki dəstək və ümumilikdə 600 mln. avrodan artıq məbləğdə qrant ayırıb.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət