“NİKOYL” İKB ASC 3 aydan 5 ilə qədər müddətə nəzərdə tutulan, faiz dərəcələrinin aylıq və ya müddətin sonunda hesablanmasını əsas götürərək ümumi əmanət məhsullarının çeşidlərini yenilədi.
Yeni çeşidlər üzrə təqdim olunan NİKOİL/ Vergisiz əmanətinin (maksimal illik gəlir məbləği 12%-ə qədər AZN-lə və 10,5%-ə qədər isə ABŞ dolları ilə) unikallığı ondan ibarətdir ki, bu əmanət üzrə vergini Bank öz müştərilərinə hədiyyə edir.
NİKOİL/Sabit ( maksimal illik gəlir məbləği 14,5%-ə qədər AZN-lə, 14%-ə qədəri ABŞ dolları ilə və 9,1%-ə qədəri isə avro ilə) əmanət növünün üstünlüyü sığortalı və eyni zamanda yüksək faiz dərəcəli olmasındadır. Belə ki, əmanətin müddəti 3 aydan 60 aya qədərdir və bu müddət ərzində əmanətə əlavələr etmək mümkündür.
Və NİKOİL/ Private ( maksimal illik gəlir məbləği 13,7%-ə qədəri AZN-lə, 12,3%-ə qədəri ABŞ dolları ilə və 8,8%-ə qədəri isə avro ilə), bu əmanət növü müştərilərə yüksək ilkin vəsait yerləşdirmək şərti ilə, yüksək faiz dərəcəsi əldə etmək imkan verir. Qeyd edək ki, bu əmanət növü VİP müştərilər üçün nəzərdə tutulmuşdur. NIKOIL | PRIVATE BANKINGxidmətləri – bu, fərdi kapitalın idarə edilməsi sahəsində peşəkar məsləhət , kapitalın qorunması, artırılması və varislərə ötürülməsində effektiv müdafiə strategiyasının hazırlanması, maliyyə işlərinin planlaşdırılması məsələlərində məsləhət, klassik bank xidmətləri- bank kartları, əmanətlər, kreditlər, seyf qutuları, akkreditivlər, hətta uşaqlara və böyüklərə yüksək keyfiyyətli tibbi xidmət, sığortalama və sairdir.
Hal-hazırda “NİKOYL” Bankda əmanətin ümumi məbləği fiziki şəxslər üzrə 190 mln. AZN, hüquqi şəxslər üzrə isə 29 mln. AZN təşkil edir.
Bu gün "NİKOYL" İKB əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət