Son günlərdə bir sıra elektron kütləvi informasiya vasitələrində «Alfa Sığorta» ASC-nin bağlanılması barədə yayılmış güman və ehtimallara əsaslanmış xəbərlər həqiqəti əks etdirmir. «Alfa Sığorta» ASC həmişəki iş rejimində əhaliyə bütün növ sığorta xidmətləri göstərməklə fəaliyyətini davam etdirir.
Şirkət öz strateji hədəflərinə uyğun olaraq əməliyyat proseslərinin təkmilləşdirilməsi və müştərilərə xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirir. Bununla əlaqədar, proseslərin avtomatlaşdırılması, habelə struktur və xərclərin optimallaşdırılması istiqamətində işlər görülür.
Etibarlı maliyyə vəziyyəti və yüksək xidmət səviyyəsi bu gün də «Alfa Sığorta» ASC-nin əsas prioriteti olaraq qalmaqdadır. 2015-ci ilin 1-ci rübünün hesabat göstəriciləri keçmiş illərin analoji dövrləri ilə müqayisədə ən yüksək həddədir və 2014-cü ilin 1-ci rübünün hesabat göstəricilərini 25% üstələyir.
Qeyd etmək lazımdır ki, 100% səhmdarı “Bank Technique” ASC olan “Alfa Sığorta” ASC 1997-ci ildə fəaliyyətə başlamışdır. Sığortanın 33 növü, o cümlədən 30 könüllü, 3 icbari sığorta növü üzrə xidmətlər göstərən “Alfa Sığorta” hal-hazırda Azərbaycanın ən dinamik inkişafda olan sığorta şirkətlərindən biridir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət