Bank VTB (Azərbaycan)-ın baş ofisində keçirilən “Uduşlu hesab” lotereyasında qaliblər müəyyən edilib. Lotereya “Uduşlu hesab” aksiyası çərçivəsində “Sərfəli” depoziti üzrə manatla əmanət yerləşdirən 332 müştəri arasında oynanılıb.
Lotereya kuponlar arasında təsadüfi seçim üsulu ilə lototron vasitəsi ilə aparılıb. Oyuna 5 nəfərdən ibarət tiraj komissiyası nəzarət edib. İştirakçılar arasında 44 qiymətli hədiyyə oynanılıb: səyahət turları, ev kinoteatrları, İphone 6 mobil telefonları, İpad Air 2 planşetləri, LCD televizorları, HP Pro book noutbukları, «Canon» fotoaparatları, mikrodalğalı sobalar, mətbəx kombaynları və əsas mükafat - Chevrolet Cruze.markalı avtomobil.
“Uduşlu hesab” aksiyası 2015-ci il 15 iyul -15 sentyabr tarixində keçirilib. Aksiyada “Sərfəli” depoziti üzrə ən azı 1000 manat məbləğində əmanət yerləşdirən müştərilər iştirak edib. Beləliklə, hər 1000 manatlıq hesab müştərilərə bir bilet qazandırıb.
“Uduşlu hesab” aksiyası çərçivəsində müştərilər pul vəsaitlərini ancaq milli valyutada yerləşdirib, özü də sərfəli faiz dərəcələri ilə. Aksiyanın yekununda biz əminliklə deyə bilərik ki, əhalinin manatla olan əmanətlərə marağı artıb, dəyərli hədiyyələr və yüksək faiz dərəcəsi daha çox sayda müştərinin iştirakını stimullaşdırıb” – deyə, bank VTB (Azərbaycan)-ın Pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev bildirib.
Lotereya qaliblərinin siyahısı ilə bank VTB (Azərbaycan)-ın saytında tanış olmaq olar: http://vtb.az/personnel/depositspersonnel/aktsiya-vygodnoe-leto.php
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 E-mail: [emailprotected] www.vtb.az |
ASC VTB (Azərbaycan)
Mətbuat xidməti
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət